Xaçmaz, Quba və Qusarın fermerləri bu il gilasın az olacağını deyirlər. Bu haqda ShimalNews 11 may tarixində xəbər verir.
Son ay ərzində qeyri-sabit hava məhsuldarlığı aşağı salıb. İsti külək, gündüz yüksək və axşam aşağı temperatur meyvənin formalaşması dövründə öz təsirini göstərib.
Aqrar Sığorta Fondunun məlumatına görə, mayın 4-dən başlayaraq bu kimi halların sığortalanması üçün quruma 30 müraciət daxil olub. Hadisələrdən zərər çəkən təsərrüfatlara dəyən zərəri müəyyənləşdirmək üçün ilkin qiymətləndirmə həyata keçiriləcək.