top
Şimal güllərindən hazırlanmış aromalar PARİS SƏRGİSİNDƏ - FOTO
05 iyun 2025, 10:17
- ↺ +

Şimal güllərindən hazırlanmış aromalar PARİS SƏRGİSİNDƏ - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın ətir sənayesi sahəsində ixtisaslaşmış “Lecheq Farm & Distillery” şirkəti Fransa Ətriyyatçılar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən ətir sənayesi üçün xammal və xidmətlərə həsr olunan peşəkar XVIII “SİMPPAR” Beynəlxalq Ətriyyat Sərgisində təmsil olunub.

AZƏRTAC-ın məlumatına görə, Parisdə XVIII “SİMPPAR” Beynəlxalq Ətriyyat sərgisində 120-dən çox ətriyyat sənayesi üçün xammal istehsal edən şirkət iştirak edir.

“Lecheq Farm & Distillery” şirkəti sərgidə təbii məhsullardan hazırlanmış müxtəlif çeşidli bitki yağları, kosmetika və aromaterapiya üzrə məhsullarını nümayiş etdirir. Azərbaycanın əsrarəngiz diyarlarında - Zaqatala və Şəkidə becərilmiş qızılgül, lavanda və digər çöl çiçəklərindən hazırlanmış aroma yağları ətir istehsalçılarının diqqətini cəlb edib. Hətta bəzi mütəxəssislər Azərbaycan lavandası yağının xüsusi ətir nüansına malik olduğunu, digər ölkələrdən gələn lavanda yağlarının ətrindən tamamilə fərqləndiyini bildirirlər. Azərbaycandan gələn bitki yağlarının belə təkrarolunmaz ətrə malik olmasını ölkənin iqlimi və torpağı ilə əlaqələndiriblər. Müxtəlif ölkələrdən gəlmiş ətirşünaslar Azərbaycandan gələn bitki yağlarının unikal olduğunu söyləyirlər.

SİMPPAR beynəlxalq sərgi salonu tanınmış ətir istehsalçıları ilə ətriyyat sənayesi üçün xammal və xidmətlər təklif edən şirkətlərin ən məşhur görüş yeridir.

“Lecheq Farm and Distillery” şirkətinin dünyada tanınmış və aparıcı kosmetika, aromaterapiya sənayelərinin təbii xammal tədarükçüsünə çevrilməsi təsadüfi deyil. Azərbaycanda hələ ötən əsrlərdən qızılgül yağı istehsal olunub.

Sərgi iyunun 6-dək davam edəcək.

 

 

 

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər