Xaçmaz, Quba və Qusarın gilas bağlarında məhsuldarlıq xeyli azalıb. Bu haqda ShimalNews 29 may tarixində məlumat verir.
Fermerlər bildirirlər ki, yağıntılı hava şəraiti bağlara ziyan vurub. Hazırda keçən ilə nisbətən meyvə ən azı 3 dəfə azdır. Qiymətlər 2-3 manatdan başlayır.