top
Şimal bölgəsində investorlar sərmayə qoymağa maraqlıdırlarmı? – ÖZƏL AÇIQLAMA
10 dekabr 2024, 16:59
- ↺ +

Şimal bölgəsində investorlar sərmayə qoymağa maraqlıdırlarmı? – ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şimal bölgəsinin kəndlərinə investorların marağı bir neçə əsas amildən asılı olaraq dəyişir. Bu marağın artırılması və davamlı inkişafı üçün müxtəlif iqtisadi, sosial və coğrafi faktorlar rol oynayır. Şimal bölgələri böyük şəhərlərə nisbətən daha ucuz torpaq qiymətləri və tam inkişaf etməmiş infrastrukturu ilə cəlbedici ola bilər. Bu regionlarda nəqliyyat əlaqələrinin inkişafı, elektrik və su təminatı, internet xidmətlərinin təkmilləşdirilməsi investorlar üçün əlavə fürsətlər yaradır. Şimal bölgəsinin kəndlərinə sərmayə yatırılması həm də yerli iqtisadiyyatı gücləndirir.

Bəs görəsən, Qusarın Ləzə kəndində hazırda daşınmaz əmlak qiymətləri necədir?  Ümumiyyətlə, investorların şimal bölgəsinin kəndlərinə sərmayə qoymağa marağı hansı səviyyədədir?

Mövzu ilə bağlı Shimal.News-a açıqlama verən Milli Məclisin 61 saylı Qusar seçki dairəsinin deputatı Azər Badamovun sözlərinə görə, Qusarın Ləzə kəndi turizm baxımından cəlbedici məkandır:

“Ona görə də bu ərazidə daşınmaz əmlak kifayət qədər baha qiymətə təklif edilir.  Amma bununla yanaşı turizm sahəsində fəaliyyət göstərmək istəyən investorlar üçün daşınmaz əmlak almaq imkanları həmişə var.  Həm də Ləzə kəndinin inzibati ərazisində kifayət qədər turizm obyektləri tikilib və tikilir.  Yəni, investisiya qoymaq istəyən investorlar üçün heç bir məhdudiyyət yoxdur”.

İqtisadçı ekspert Eldəniz Əmirov qeyd edib ki, Azərbaycanın regionlarının böyük əksəriyyəti kifayət qədər investisiya potensialına malikdir:

“Şimal bölgəsi belə bir potensialı özündə cəmləşdirir. Bunun bir neçə səbəbi var. Birinci səbəb bölgənin coğrafi mövqeyi ilə bağlıdır. Coğrafi mövqe kifayət qədər logistika imkanlarına malikdir. Şimal- cənub nəqliyyat dəhlizi çərçivəsində həm dəmiryolu, həm də avtomobil yollarının inkişafına investisiya üçün əlverişli şərait var.

Digər bir istiqamət kimi kənd təsərrüfatı və aqrobiznes imkanlarını qeyd edə bilərik. Burada bilavasitə meyvəçilik və tərəvəzçilik, eyni zamanda aqrar sahənin məhsullarına əsaslanan, yəni, xammal olaraq aqrar sahədən istifadə edən emal sənayesinin inkişaf etdirilməsi üçün ciddi potensial var. Həm meyvə-tərəvəzin emalı, həm də onların qablaşdırılması nəzərdə tutulur. Düşünürəm ki, regionun məhsullarının keyfiyyət göstəriciləri kifayət qədər üst səviyyədədir. Bu da ixrac potensialının daha da artırılmasına xidmət edir”.

“Şimal bölgəsinin eyni zamanda turizm potensialı kifayət qədər yuxarı səviyyədədir. Burada ekoturizm, dəniz, mədəni  və dağ turizminin qolları var. Bu qollar daha da inkişaf etmək potensialına malikdir. Həm də bölgənin paytaxtla yaxın məsafədə yerləşməsi turizm potensialını artırır.

Məhsulların ölkədaxili paylanması üçün region yaxşı coğrafi mövqedə yerləşir.

Şimal bölgəsinin insanları da düşünürəm ki, istər kənd təsərrüfatı, istərsə də emal sənayesi üzrə kifayət qədər təcrübəlidirlər. Ümumilikdə ölkə üzrə kiçik və orta biznes subyektlərinin regionlar üzrə bölgüsünə baxsaq, görərik ki, ən yuxarı paya sahib bölgələrdən biridir. İnsanlarda ruhən sahibkarlıq ruhu müşahidə edilir. Bu da bölgənin ciddi bir resursu olaraq qəbul edilməlidir”, - deyə E.Əmirov fikrini tamamlayıb.

Nəzrin Vahid 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
Bu gün, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
Bu gün, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
Bu gün, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
Bu gün, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Cəmiyyət
Bu gün, 13:00

Qurumlar susdu, Qubada sakinlər yararsız yolu öz hesablarına təmir etdilər

Cəmiyyət
Bu gün, 12:12

Şimalın bu rayonlarında istilik mövsümü başlayır - Siyahı

Kriminal
Bu gün, 11:08

Tibbi müayinə avtobus sürücüsünü İFŞA ETDİ

Hadisə
Bu gün, 10:46

Uşaqlı ailə Quba-Xaçmaz yolunda qəzaya düşüb

İqtisadiyyat
Bu gün, 10:30

Şimal bölgəsində hotellərin doluluğu azalıb – RƏQƏMLƏR

Cəmiyyət
Bu gün, 09:46

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Faydalı
Bu gün, 09:28

25 milyon illik təbii tarixinin nadir izləri - VİDEO

Hadisə
Bu gün, 00:01

Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Hadisə
Dünən, 18:00

Siyəzəndə sosial yardım üstündə dava: Qayınata kürəkənini bellə vurdu

Cəmiyyət
Dünən, 17:00

Quba Regional Reklam İdarəsinə yeni rəis təyin edildi

Hadisə
Dünən, 16:04

Siyəzəndə 11-ci sinif şagirdi motosiklet qəzasında öldü

Cəmiyyət
Dünən, 15:19

Şəkidə sahibsiz itlər və pişiklər zəhərlə öldürülür - İDDİA

Cəmiyyət
Dünən, 14:59

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlanıb

Hadisə
Dünən, 14:17

"Xəzər" çay evinin fəaliyyəti dayandırılıb

Cəmiyyət
Dünən, 13:30

Turistlərin axın etdiyi Basqalda bankomat və aptek yoxdur

Hadisə
Dünən, 12:55

Quba RMX-da tibbi arayış qalmaqalı: 8 nəfər işdən çıxarıldı, 4 nəfərə töhmət verildi

Bütün xəbərlər
Dünən, 11:41

Qubada kişi "sərxoş halda maşın sürmə" deyən dostunu bıçaqladı - 6 il cəza

İqtisadiyyat
Dünən, 11:06

Şimal bölgəsində turist axını: Yerli əhali nə qazanır, nə itirir?

Cəmiyyət
Dünən, 10:39

Şabranda yolun ortasında təhlükəli vəziyyət yaranıb – VİDEO

Oxşar xəbərlər