top
Şəki-Zaqatalada meşə arıçılığına yeni dəstək: Fermerlər üçün layihəyə start verildi
06 iyun 2026, 12:36
- ↺ +

Şəki-Zaqatalada meşə arıçılığına yeni dəstək: Fermerlər üçün layihəyə start verildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəki-Zaqatala bölgəsində arıçılığın inkişafına yönəlmiş yeni layihənin icrasına başlanılıb.

Shimal.News xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi "BP Azerbaijan" şirkəti ilə birgə proqramı çərçivəsində "Balans" İqtisadi Maarifləndirmə İctimai Birliyi tərəfindən "Şəki-Zaqatala regionunda meşə arıçılığının inkişafına dəstək" layihəsi həyata keçiriləcək.

Layihə rəhbəri Möhübbəli Nağıyev bildirib ki, təşəbbüsün əsas məqsədi biomüxtəlifliyin qorunmasına dəstək vermək, eyni zamanda Şəki-Zaqatala bölgəsində meşə arıçılığının inkişafına töhfə göstərməkdir.

Onun sözlərinə görə, Şəki-Zaqatala iqtisadi rayonu zəngin meşə ehtiyatları və əlverişli təbii şəraiti ilə arıçılıq üçün ölkənin ən perspektivli bölgələrindən hesab olunur. Hazırda minlərlə ailə təsərrüfatı bu sahədən gəlir əldə edir.

Layihə çərçivəsində fermerlər, təsərrüfat rəhbərləri, arıçılığa yeni başlamaq istəyən şəxslər, xüsusilə qadınlar və gənclər üçün dörd təlim keçiriləcək. Təlimlərdə arıçılıq təsərrüfatlarının yaradılması, arı xəstəlikləri ilə mübarizə, məhsulların brendləşdirilməsi və satış imkanları barədə məlumat veriləcək.

Bundan əlavə, iştirakçıların bölgənin tanınmış arıçıları ilə görüşləri təşkil olunacaq, meşə arıçılığının ekologiyaya və kənd təsərrüfatına təsiri barədə maarifləndirici sessiyalar keçiriləcək.

Layihəyə ümumilikdə 25 nəfərin cəlb olunması nəzərdə tutulur.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər