top
Şamaxıda investisiyalar üçün layihə hazırlanıb
18 mart 2025, 10:25
- ↺ +

Şamaxıda investisiyalar üçün layihə hazırlanıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şamaxı rayonuna özəl investisiyaların cəlb olunması ilə bağlı elmi-tədqiqat layihəsi həyata keçirilib.

Shimal.News xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyətində “Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılmasına təşviq və dəstək mexanizmlərinin hazırlanması” elmi-tədqiqat layihəsinin yekun hesabatı təqdim edilib.

Tədbirdə İcra Hakimiyyətinin rəhbərliyi, Elm və Təhsil Nazirliyinin (ETN) İqtisadiyyat İnstitutunun mütəxəssisləri və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov rayonda həyata keçirilən infrastruktur layihələri və biznes imkanları barədə danışaraq tədqiqatın əhəmiyyətini vurğulayıb.

İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli layihənin əsas mahiyəti və məqsədləri barədə danışıb, Şamaxının müasir sosial-iqtisadi inkişafının elmi əsaslara istinadən aparıldığını bildirib.

Tədqiqat çərçivəsində rayonun iqtisadi potensialı, biznes mühiti və investisiya imkanları təhlil edilib, sahibkarlar arasında sorğular aparılıb. Şamaxıda Dağlıq-Şirvan Regional İnnovativ İnkişaf Mərkəzinin (KOB klasterlərinin) yaradılması, aqroparkların genişləndirilməsi, sənaye və xidmət məhəllələrinin qurulması kimi təkliflər hazırlanıb.

ETN İqtisadiyyat İnstitutunun şöbə müdiri, dosent Famil Rüstəmov məruzəsində yerli məhsulların tədarükü və qablaşdırılması, turizmin inkişafı və məişət tullantılarının idarə edilməsi istiqamətində tövsiyələri iştirakçıların diqqətinə çatdırıb.

Layihənin nəticələri kitab şəklində nəşr edilib və İcra Hakimiyyətinə təqdim olunub. Bu araşdırmanın təkcə Şamaxı üçün deyil, digər regionların sosial-iqtisadi inkişafı üçün də faydalı ola biləcəyi qeyd edilib.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər