Qusar rayonunda bu il 19.710 hektar sahədə taxıl əkilib. Artıq 5730 hektar sahədə ( 29.1%) biçin işləri tam şəkildə yekunlaşıb.
Shimal.News-a daxil olan məlumata görə, məhsuldarlıq əlverişli hava şəraiti və vaxtında aparılan aqrotexniki tədbirlər sayəsində yüksək səviyyədədir.
Hazırda sahələrdən 16.000 tona yaxın məhsul əldə edilib. Bu rəqəmin gözləntiləri üstələdiyi bildirilir.