Qusarda yerləşən "Şahdağ Turizm Mərkəzi" maliyyə hesabatı üçün digər şirkətə müraciət edəcək. Bu barədə ShimalNews 31 may tarixində məlumat verir.
Hesabatların beynəlxalq standartlara uyğun auditlə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurulub. Qalib müəssisə "Professional Financial Experts" MMC seçilib. Həmin şirkətə 28.000 manat ödəniləcək.