Qusar rayon Qadın Resurs Mərkəzinin sahibkar qadınları bir araya gəliblər. Bu barədə ShimalNews 26 aprel tarixində mərkəzə istinadən məlumat verir.
Görüş 25 aprel Sahibkarlar Günü münasibətilə təşkil olunub. Burada qadınlar öz uğur hekayələrini paylaşıb, eyni zamanda qarşılarına çıxan çətinliklərə necə sinə gərdiklərindən də söz açıblar. Sonra isə onlayn satışla məşğul olan qadınlar bu üsulun üstünlükləri haqda məlumat veriblər.