Bal mövsümü başladığına görə artıq Qusar Qadın Resurs Mərkəzinin üzvləri onun satışını həyata keçirir.
ShimalNews xəbər verir ki, mərkəz 10 qadını “Arıçılıq” fəaliyyəti üçün lazım olan avadanlıq və arı ailələri ilə təmin edib. Onlar hal-hazırda bu sahə üzrə fəaliyyət göstərirlər.