top
Qubada aqrar mövzusunda müzakirələr aparılıb
19 fevral 2026, 17:40
- ↺ +

Qubada aqrar mövzusunda müzakirələr aparılıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba rayonunda "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsi keçirilib.

 xəbər verir ki, tədbir Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Quba Rayon İcra Hakimiyyəti və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Dövlət qurumları və özəl maliyyə təşkilatlarının nümayəndələrinin iştirakı ilə kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri mövzusunda fermer və sahibkarlarla geniş fikir mübadiləsi aparılıb.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında qeyd edib ki, ilk iki müzakirənin Oğuz və Qax rayonlarında keçirilib. Onun sözlərinə görə, bu format bölgələrdə fermer və sahibkarların dövlət dəstəyi mexanizmləri barədə daha dolğun məlumat əldə etməsinə, eyni zamanda dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinə xidmət edir. 

Biznes Mərkəzi Klubunun direktoru Rüfət Nadirli rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə iştirakçılara geniş məlumat verib. O bildirib ki, fermer və sahibkarlara PR, media marketinq istiqamətində geniş dəstək verən Biznes Mərkəzi Klubu aqrar sahədə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Rüfət Nadirlinin sözlərinə görə, aqrar sahənin inkişafı həm də yerli məhsulların brendləşdirilib, markalaşdırılmış şəkildə yerli və xarici bazarlara çıxarılmasını tələb edir, bölgələrdə keçirilən bu cür məlumatlandırma sessiyaları bu prosesin daha da irəli getməsini təmin edir. 

Quba İş Adamları Dəstək Platforması İdarə Heyətinin sədri Cabbar Heybətov çıxışında rəhbərlik etdiyi ictimai birlikdə aqrar sahədə fəaliyyət göstərən fermer və sahibkarların birləşdiyini deyib. Fermerlər arasında davamlı maarifləndimə işinin aparılmasının vacibliyini vurğulayan təşkilat sədri bu istiqamətdə görülən işlər barədə məlumat verib. O qeyd edib ki, QİAD Platforması bu cür panel müzakirələrin təşkilinə daim dəstək verməyə hazırdır.   

Panel müzakirələr iştirakçı dövlət qurumları və özəl təşkilatların təqdimatları ilə davam edib. Azərbaycan Biznesinin İnkişafı Fondunun baş direktorunun müşaviri Namiq Zeynalov  Fond tərəfindən təqdim olunan layihələrin maliyyələşdirilməsi mexanizmləri barədə məlumat verib. O bildirib ki, kredit ayrılması üçün müraciət prosesi tam elektronlaşdırılıb və fermerlər istənilən bölgədən biznes plan və digər zəruri sənədləri Fondun ofisinə gəlmədən elektron qaydada təqdim edə bilirlər. 

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər