top
Quba, Qusar və Xaçmazda qurulan iri təsərrüfatlara mediatur təşkil olunub
Foto
28 iyul 2026, 16:45
- ↺ +

Quba, Qusar və Xaçmazda qurulan iri təsərrüfatlara mediatur təşkil olunub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən Quba, Qusar və Xaçmaz rayonlarında fəaliyyət göstərən müasir kənd təsərrüfatı təsərrüfatlarına mediatur təşkil edilib.

Səfər çərçivəsində media nümayəndələri intensiv meyvə və fındıq bağları, aqroturizm mərkəzləri, soyuducu anbar kompleksi və heyvandarlıq təsərrüfatları ilə tanış olublar.

İlk dayanacaq Quba rayonunun II Nügədi kəndində yerləşən "Kənd İnn" Aqroturizm Mərkəzi olub. Bildirilib ki, burada dövlət dəstəyi ilə yaradılmış intensiv alma bağları ilə yanaşı, atçılıq, heyvandarlıq, quşçuluq, balıqçılıq və tərəvəzçilik istiqamətlərində də fəaliyyət göstərilir. Qeyd olunub ki, aqroturizmin inkişafı bölgədə məşğulluğun və kənd turizminin genişlənməsinə töhfə verir.

Qusar rayonunda fəaliyyət göstərən "Aqrovest" MMC-də isə bildirilib ki, müəssisənin 356 hektar meyvə bağı var və hər il bu bağlardan təxminən 9 min ton məhsul əldə edilir. Bağların salınması və müasir suvarma sistemlərinin qurulması zamanı dövlət subsidiyalarından və 40 faizlik güzəştlərdən istifadə olunub.

Mediatur iştirakçıları həmçinin 5 min ton tutuma malik müasir soyuducu anbar kompleksi ilə tanış olublar. Burada məhsulların keyfiyyətinin qorunması üçün şoklama və çeşidləmə avadanlıqlarından istifadə edilir.

Daha sonra nümayəndələr şimal bölgəsində 600 hektardan çox fındıq bağına malik "Agrarco" MMC-nin təsərrüfatına baş çəkiblər. Burada yerli və İtaliyadan gətirilmiş fındıq sortları becərilir. Yeni bağların salınmasında da dövlət dəstəyi və güzəştli suvarma proqramlarından yararlanılıb.

Səfərin son ünvanı Xaçmaz rayonunun Yalama qəsəbəsində yerləşən ölkənin ilk aqroparkı – "Yalama Aqropark" MMC olub. Məlumata görə, müəssisədə hazırda 2 500 baş "Simmental" cinsli iribuynuzlu heyvan saxlanılır. Burada illik 110 ton ət və 10 min ton süd istehsal olunur. Müəssisə rəhbərliyi heyvanların alınması üçün 60 faiz, texnika və avadanlıqlar üzrə isə 40 faizlik dövlət güzəştlərindən yararlandıqlarını bildirib. Bu dəstəyin istehsalın genişləndirilməsinə və yeni investisiyaların cəlbinə mühüm töhfə verdiyi qeyd olunub.


Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər