Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Quba şəhərində yeni açılmış ticarət mərkəzi ilə tanış olub. Bu haqda ShimalNews 6 iyun tarixində məlumat verir.
Ziyarət zamanı mərkəzin rayonda məşğulluğun təmin olunmasında rolundan danışılıb. Bildirilib ki, burada 350 nəfərdən artıq rayon sakini işlə təmin olunub. Onların minimum əməkhaqqı isə 450 manat məbləğində müəyyənləşdirilib.