top
Qoz bağları da güzəştli sığortaya cəlb edilir
11 mart 2025, 10:46
- ↺ +

Qoz bağları da güzəştli sığortaya cəlb edilir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə sığortalana bilən 41 bitki növü arasında qoz bitkisi də var. Artıq ölkəmizdə kütləvi şəkildə əkilən qoz bağlarının sığortalanmasına başlanılıb. Təsərrüfat sahibləri qoz bağlarını 50 faiz güzəştli şərtlərlə sığorta edə bilərlər.

Shimal.News  xəbər verir ki, bu barədə Aqrar Sığorta Fondu məlumat yayıb.

Bildirilib ki, 2024-cü ilin rəsmi məlumatlarına əsasən, Azərbaycanda qoz bağlarının ümumi əkin sahəsi 7 min hektara çatır. Bura, həmçinin son illər xüsusilə artan intensiv və superintensiv bağlar da daxildir. Qoz bağlarının 40 faizindən çoxu, təqribən, 3 min hektarı Şəki – Zaqatala iqtisadi rayonunda yerləşir. Bu göstərici Quba – Xaçmaz və Dağlıq Şirvan iqtisadi rayonları üzrə isə müvafiq olaraq 1335 hektar və 776 hektar təşkil edir.

Fondun məlumatına əsasən, son illər ölkəmizdə qoz bağlarının sahəsi genişlənməkdədir. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən il istiyə tələbkar, eyni zamanda, quraqlığa, sərt iqlim şərtlərinə, şaxtaya davamlı qoz bitkisinin əkin sahəsində 210 hektar artım qeydə alınıb. Qoz bağlarına fermerlərin marağının çoxalması və bu sahəyə yatırılan investisiyaların artımı bağların çoxsaylı risklərdən sığortalanmasını da zəruri edir.

Aqrar sığorta qoz bağlarını, dolu, fırtına, qasırğa, subasma, vəhşi heyvan hücumu, 3-cü şəxsin hərəkəti və sair hadisələrdən qoruyur. Artıq qoz bağlarına dəyən zərərlər üzrə ödənişlər də başlayıb. Belə ki, 2024-cü ildə Şəki – Zaqatala regionunda baş vermiş hadisələr və qoz bağlarına dəyən zərərə görə Aqrar Sığorta Fondu tərəfindən fermerlərə 20 min 161 manat sığorta ödənişi edilib. Bu ödənişlər fırtına, qasırğa, sel-subasma kimi hadisələr üzrə edilib. Yeri gəlmişkən, sığorta haqqının yarısı dövlət tərəfindən ödənildiyi üçün fermerlər cüzi ödənişlə bağlarını sığorta edə bilərlər. Belə ki, Quba – Xaçmaz regionunda 1000 manatlıq qoz məhsulunun sığortalanması üçün 10 manat, Şəki – Zaqatalada 19 manat, Dağlıq Şirvan regionunda isə 17 manat sığorta haqqı ödənilməlidir. Eyni zamanda, fermerlər qoz bağında gözlənilən məhsulla yanaşı, ayrıca olaraq ağacları və tingləri də olduqca sərfəli şərtlərlə sığorta edə bilərlər.

 

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər