top
Qəbələdən Avropaya birbaşa uçuşlar reallaşa bilər – AÇIQLAMA
Bu gün, 15:39
- +

Qəbələdən Avropaya birbaşa uçuşlar reallaşa bilər – AÇIQLAMA

Qəbələ Beynəlxalq Hava Limanının regional aviasiya mərkəzinə çevrilməsi üçün yeni imkanlar nəzərdən keçirilir. Bu, gələcəkdə Qəbələdən Avropanın müxtəlif şəhərlərinə birbaşa uçuşların həyata keçirilməsinə şərait yarada bilər.

Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, Qəbələ hava limanının regional aviasiya mərkəzinə çevrilməsi istiqamətində artıq praktiki addımlar atılır.

Onun sözlərinə görə, bununla bağlı bir neçə aviaşirkətlə danışıqlar aparılır və hava limanının regional hub kimi istifadə imkanları qiymətləndirilir.

Ekspert Qəbələnin Türküstan və Kutaisi hava limanlarının tətbiq etdiyi regional aviasiya modelləri əsasında inkişaf etdirilməsi imkanlarının da nəzərdən keçirildiyini deyib.

Cəfərovun sözlərinə görə, bu layihənin reallaşması Qəbələnin beynəlxalq əlçatanlığını artırmaqla yanaşı, bölgəyə xarici turist axınının genişlənməsinə də imkan verə bilər.

O bildirib ki, 2026–2030-cu illər üçün turizmin inkişafına dair Dövlət Proqramında hava nəqliyyatının turizmə töhfəsinin artırılması ilə bağlı təkliflərin hazırlanması da nəzərdə tutulub.

Beləliklə, gələcəkdə Qəbələdən xarici ölkələrə, o cümlədən Avropa şəhərlərinə birbaşa uçuşların açılması bölgənin turizm imkanları baxımından mühüm dəyişiklik yarada bilər.


Mənbə: Avtosfer.az

Son xəbərlər

Hadisə
Bu gün, 15:05

Zaqatalada avtomobillər toqquşdu

Cəmiyyət
Bu gün, 14:30

Böyürtkən yığanlar cərimələnir? - Qurumdan CAVAB

Cəmiyyət
Bu gün, 13:33

Dünyaca məşhur bloqer və poliqlot Yuji Beleza Şəkidə

Hadisə
Bu gün, 12:31

Şabranda yük və minik avtomobilləri toqquşub, ölən var

Cəmiyyət
Bu gün, 11:37

Qubada yol nişanının "böyük qayıdışı"

İdman
Bu gün, 11:06

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

İdman
Bu gün, 10:10

Xaçmazın yetirməsi "Sabah"ı Çempionlar Liqasına apardı

Cəmiyyət
Bu gün, 09:20

Qubada bu ünvanlarda işıqlar sönəcək

Cəmiyyət
Bu gün, 00:01

Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günüdür

Cəmiyyət
Dünən, 18:00

Qaxlı əkiz qardaşlar da tələbə oldular

Cəmiyyət
Dünən, 17:44

Baş prokuror Şəkidə xidməti mənzillərə baxış keçirdi

İqtisadiyyat
Dünən, 17:43

Bəzi Şimal rayonlarında güclü külək əsəcək

Cəmiyyət
Dünən, 17:34

Şəkidə 20-dən çox ailə 20 ildir qaz gözləyir: "Daha səbrimiz bitib"

Cəmiyyət
Dünən, 17:03

Şimalın igid şəhidlərinin övladları tələbə adını qazandılar

Cəmiyyət
Dünən, 16:46

Qusar İcra Hakimiyyətində dəyişiklik

Cəmiyyət
Dünən, 15:13

Xaçmazlı əkiz bacılar eyni universitetdə eyni ixtisasa qəbul oldular

Hadisə
Dünən, 15:07

Oğuzda avtomobil aşdı, 7 nəfər yaralandı - YENİLƏNİB

İdman
Dünən, 14:59

Xaçmazlı "Vugi" növbəti dəfə Yaponiyada döyüşəcək

Hadisə
Dünən, 14:07

İsmayıllıda ağır qəza: yeni restoranının açılışına bir gün qalmış öldü

Cəmiyyət
Dünən, 12:21

Xaçmazın ən uğurlu məzunlarından biri 682 balla tələbə oldu

İqtisadiyyat
Dünən, 11:55

Selin zədələdiyi elektrik şəbəkəyə 12 milyon manat ayrılıb

Cəmiyyət
Dünən, 10:46

Müəllimindən həkim-şagirdinə duyğulandıran məktub

Cəmiyyət
Dünən, 10:10

Möhtəşəm nəticə: Şimalın bu məktəblərində hamı tələbə oldu

Oxşar xəbərlər