top
Prezident Administrasiyasının əməkdaşı Xudatda baxış keçirib
Foto
14 sentyabr 2026, 12:10
- ↺ +

Prezident Administrasiyasının əməkdaşı Xudatda baxış keçirib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xudat şəhərində fəaliyyət göstərən "APİAZ" MMC-nin bal istehsalı müəssisəsində baxış keçirilib.

Shimal.News xəbər verir ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı Habil Əzəmmədov müəssisədə istehsal prosesi, yaradılmış şərait və məhsul çeşidləri ilə tanış olublar.

Müəssisə rəhbərliyinin verdiyi məlumata görə, hazırda "APİAZ" MMC-də illik bal istehsalının həcmi 50 ton təşkil edir. Dövlət Proqramının emal sənayesinin şaxələndirilməsi və idxalı əvəz edən məhsulların istehsalı ilə bağlı hədəflərinə uyğun olaraq, müəssisənin fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur.

Yaxın perspektivdə burada balın təkrar emalı hesabına bioloji fəal qida əlavələrinin, təbii tərkibli spreylərin və orqanik kosmetik məhsulların istehsalına başlanılması planlaşdırılır.

Baxış zamanı sahibkarın müraciət və təklifləri dinlənilib, müəssisənin gələcək inkişaf planları ətrafında fikir mübadiləsi aparılıb. Yeni istehsal sahələrinin yaradılması və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün dövlət dəstəyinin vacibliyi qeyd edilib.

Müəssisənin rəhbəri ölkədə yaradılmış əlverişli biznes mühitinə, sahibkarlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, "APİAZ" MMC-nin fəaliyyətinin genişləndirilməsi və yeni məhsul növlərinin istehsalına başlanılması "2026-2030-cu illər üçün Dövlət Proqramı"nın rayon üzrə prioritet istiqamətlərindən olan emal potensialının artırılmasına, kənd təsərrüfatı məhsullarına daxili tələbatın ödənilməsinə və qeyri-neft ixracının stimullaşdırılmasına xidmət edəcək.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər