2025-ci il fevral ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 225,6 min nəfər olub.
Shimal.News xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Onların 48 %-ni (108,3 min nəfər) qadınlar, 52 %-ni kişilər (117,3 min nəfər) təşkil edib.
İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 441,4 manat olub.