top
Ölkə üzrə əmanətlərin məbləği açıqlanıb
17 fevral 2025, 12:48
- ↺ +

Ölkə üzrə əmanətlərin məbləği açıqlanıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda bank əmanətlərinin məbləği 15 milyard manata yaxınlaşır.

Finss.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ilin sonuna ölkə üzrə əhalinin banklardakı əmanətlərinin ümumi məbləğinin14 milyard 662 milyon manat olduğunu bildirib. Bunun 12 milyard 954 milyon manatı və ya bütün əmanətlərin 88%-i Bakı şəhərinin payına düşüb.

Ölkə əhalisinin sayını nəzərə aldıqda, ölkədə 1 nəfərə düşən orta əmanət məbləği 1 435 manat təşkil edir.

Ənənəvi olaraq, Bakı şəhərində adambaşına düşən orta əmanət məbləği ölkə üzrə orta göstəricidən bir neçə dəfə artıqdır. Paytaxtda bir nəfərə düşən orta əmanət məbləği 5 513 manat təşkil edir.

Adambaşına düşən əmanət məbləği üzrə sonrakı yerlərdə Sumqayıt (783 manat), Gəncə (635 manat), Naxçıvan (551 manat) və Mingəçevir (474 manat) şəhərləri yerləşir.

Ölkə üzrə adambaşına düşən orta əmanət məbləği üzrə ən aşağı göstəricilər Laçın (2 manat) və Zəngilan (7 manat) rayonlarında qeydə alınıb.

Bakı və Abşeron rayonlarını, həmçinin ənənəvi olaraq ölkənin iqtisadi mərkəzləri sayılan şəhərləri nəzərə almadıqda, banklarda adambaşına düşən orta əmanət məbləğinə görə Xaçmaz (409 manat), Qazax (336 manat), Şirvan (310 manat), Zaqatala (286 manat) və Lənkəran (283 manat) önə çıxır.

İşğaldan azad edilmiş rayonlar nəzərə alınmadan isə adambaşına ən aşağı orta əmanət məbləği Kürdəmirdə (12 manat), Yardımlı (23 manat), Lerik (26 manat), Sədərək (31 manat) və Qobustanda (32 manat) qeydə alınıb.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər