top
Nabran tarixə qovuşur?
28 yanvar 2025, 17:53
- ↺ +

Nabran tarixə qovuşur?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmaz rayonunda yerləşən Nabran qəsəbəsi uzun illər istər yerli, istərsə də xarici vətəndaşların istirahət üçün üz tutduğu əvəzsiz məkanlardan biri olub. Yaşıl təbiətlə mavi dənizin vəhdət təşkil etdiyi Nabranda yay aylarında boş ev, yaxud otel otağı tapmaq demək olar ki, müşkülə çevrilirdi.

Yenisabah.az-ın məlumatına görə, son zamanlar Nabranda istirahət üçün nəzərdə tutulan evlərin kütləvi satışı müşahidə olunur.

Bir çoxunun fikrincə, Nabran qəsəbəsi maddi imkanı yüksək olan vətəndaşlar və tanınmışlar üçün artıq elə də “elitar” yer sayılmır. Əksər turizm şirkəti Nabrana artıq əvvəlki kimi, turların intensiv şəkildə baş tutmadığını etiraf edir.

Qəsəbədə əvvəllər 200-250 min manata təklif olunan villa tipli əmlakın hazırki qiyməti 100-150 min manat arasında dəyişir. Yay aylarında intensiv tələb görən günlük evlərin və otel otaqlarının qiymətlərində də ciddi ucuzlaşma özünü göstərməkdədir.

Başlıca faktor isə işğaldan azad edilmiş ərazilərdə həyatın canlanmasından sonra yerli və xarici turistlərin Qarabağ bölgəsinə, xüsusən də Şuşaya daha çox maraq göstərməsidir. Digər tərəfdən, dəniz turizmi baxımından “Sea Breeze” artıq Nabranı üstələməkdədir. Vətəndaşların bir çoxu uzaq məsafə qət edib Nabrana getməkdənsə, paytaxtın bir addımlığında yerləşən “Sea Breeze”ə üz tutur.

Yan faktorlar arasında yerli vətəndaşların artıq istirahət məqsədi ilə xarici ölkələrə daha çox üz tutması da yer alır. Bütün bu nüansları nəzərə alsaq, bir vaxtların turizm cənnəti hesab edilən Nabranın tədricən öz əvvəlki mahiyyətini itirəcəyini demək olar.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər