top
Molokanların yaşadığı İvanovkada ev qiymətləri sürətlə artır
14 may 2026, 10:15
- ↺ +

Molokanların yaşadığı İvanovkada ev qiymətləri sürətlə artır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsmayıllı rayonunun məşhur İvanovka kəndi son dövrlər daşınmaz əmlak bazarında ən çox maraq görən yaşayış məntəqələrindən birinə çevrilib.

Əsas əhalisi molokanlardan ibarət olan kənd təmiz havası, özünəməxsus memarlıq üslubu, təbiəti və Bakı şəhərinə yaxın məsafədə yerləşməsi ilə diqqət çəkir. Bu isə kənddə həm istirahət evi, həm də daimi yaşayış üçün ev almaq istəyənlərin sayını artırıb.

Olke.az-ın məlumatına görə, hazırda İvanovkada ev qiymətləri torpaq sahəsi, təmir vəziyyəti və turizm məqsədilə istifadəyə yararlılığına görə dəyişir.

Belə ki, kənddə köhnə və təmirsiz evlər 25-55 min manat aralığında təklif olunur. Məsələn, 11 sot torpaq sahəsində yerləşən təmirsiz bağ evi 25 min manata satışa çıxarılıb.

Orta təmirli və yaşayış üçün hazır evlərin qiyməti isə əsasən 70-110 min manat arasında dəyişir. 8 sot torpaq sahəsində yerləşən 2 otaqlı həyət evi 70 min manata, 30 sot ərazidə yerləşən 2 mərtəbəli ev isə 110 min manata satışa təqdim olunub.

Son aylarda isə kənddə yeni tikili və turizm məqsədilə istifadə edilə bilən evlərin qiymətlərində ciddi artım müşahidə olunur. 2026-cı ildə yayımlanan elanlardan birində 12 sot torpaq sahəsində yerləşən 4 otaqlı həyət evi 130 min manata təklif edilib.

Əmlak bazarı üzrə mütəxəssislər bildirirlər ki, qiymət artımının əsas səbəblərindən biri kənd turizminin sürətli inkişafıdır. Bölgəyə xüsusilə həftəsonu istirahəti üçün gələnlərin sayı artıb. Kəndin rus-molokan memarlığı, sakit atmosferi və təbiəti sosial şəbəkələrdə də tez-tez müzakirə olunur.

Hazırda İvanovkada satışa çıxarılan daşınmaz əmlakların böyük hissəsini həyət və bağ evləri təşkil edir. Ekspertlər hesab edirlər ki, turizm axını bu templə davam edərsə, yaxın illərdə kənddə torpaq və ev qiymətləri daha da yüksələcək.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər