top
Kümçülərə ipəkqurdu paylanmasına başlanılıb
Foto
07 may 2026, 14:38
- ↺ +

Kümçülərə ipəkqurdu paylanmasına başlanılıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qax Damazlıq İpəkçilik Stansiyasında kümçülərə ipəkqurdunun paylanması prosesinə start verilib. Məlumata görə, stansiyada iki gün ərzində ölkənin 36 rayonundan olan kümçülərə ipəkqurdu toxumu paylanacaq.

Azərtac-ın məlumatına görə, stansiyanın direktoru Əkrəm Fətəliyev bildirib ki, builki mövsümdə respublikanın 40 rayonunda, eləcə də Naxçıvan Muxtar Respublikasının rayonlarında barama yetişdirilməsi nəzərdə tutulur.

Direktorun sözlərinə görə, bu il Çindən Azərbaycana 6040 qutu hibrid ipəkqurdu sənaye toxumu gətirilib. Bundan əlavə, Qax Damazlıq İpəkçilik Stansiyasında yerli istehsal hesabına daha 451 qutu hibrid sənaye tut ipəkqurdu toxumu hazırlanıb. Beləliklə, ümumilikdə kümçülərə 6491 qutu ipəkqurdu toxumunun əvəzsiz paylanması planlaşdırılır.

Qeyd olunub ki, ipəkqurdu toxumunun inkubasiyası yalnız Qaxda deyil, həmçinin Zərdab rayonu və Zaqatala rayonundakı baramaqurutma müəssisələrində də həyata keçirilib. Zərdabda 800, Zaqatalada isə 450 qutu toxum inkubasiyaya qoyulub. Naxçıvana isə 50 qutu ipəkqurdu toxumu göndərilib.

İpəkqurdunun paylanması prosesi rayon icra hakimiyyətləri, Dövlət Aqrar İnkişaf Mərkəzləri və Azəripək ASCnin nümayəndələrinin iştirakı ilə həyata keçirilir.

Füzuli rayonu İcra Hakimiyyəti başçısının müavini Vüqar Teymurov bildirib ki, builki mövsümdə rayon üzrə 200 qutu, yəni 3 kiloqram 800 qram ipəkqurdu toxumu paylanacaq. Onun sözlərinə görə, rayonda 80-dək kümçü ailəsi ipəkqurdu bəsləyəcək və cari mövsümdə 8 ton yaş barama istehsalı proqnozlaşdırılır. Ötən il isə rayonda 7 ton 252 kiloqram yaş barama istehsal olunub.

Bərdə rayonu İcra Hakimiyyətinin nümayəndəsi Damət Ələkbərov isə qeyd edib ki, stansiyada paylanma prosesi yüksək səviyyədə təşkil olunub. Bildirilib ki, bu il Bərdə rayonuna 400 qutu ipəkqurdu toxumu ayrılıb və rayonda 16 ton yaş barama istehsalı hədəflənir.

Ümumilikdə, ilkin mərhələdə Lənkəran rayonu, Astara rayonu, Bərdə rayonu, Füzuli rayonu, Sabirabad rayonu, Samux rayonu və Zəngilan rayonundan olan kümçülərə 1070 qutu ipəkqurdu toxumu paylanıb.



Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər