top
Kərə yağının qiymətinin artmasının səbəbi nədir? – İqtisadçıdan ÖZƏL AÇIQLAMA
07 aprel 2025, 20:21
- ↺ +

Kərə yağının qiymətinin artmasının səbəbi nədir? – İqtisadçıdan ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hər il Azərbaycan daxili tələbatı ödəmək üçün ərzaq məhsullarının idxalına milyonlarla dollar vəsait xərcləyir. Ən çox vəsait xərclənən məhsullar içərisində kərə yağı da üstünlük təşkil edir. Bu məhsulun qiyməti isə sürətlə artır. Hər ay böyük miqdarda valyuta xaricə axır. Məsələn, bu ilin yanvar-fevral aylarında Azərbaycana 5 338 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu həcmdə yağın dəyəri 36 milyon 843 min ABŞ dolları təşkil edib. Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2 370 ton (79.8%), dəyər baxımından isə 21 milyon 287 min ABŞ dolları (2.4 dəfə) çoxdur.

Bəs, görəsən, kərə yağının qiymətinin sürətlə artmasının səbəb nədir? İdxaldan asılılığı azaltmaq üçün nə etmək lazımdır

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən iqtisadçı-ekspert Asif İbrahimlinin sözlərinə görə, bizim mətbəximizdə yağlı yeməklər üstünlük təşkil edir:

“Mətbəximizdə istifadə etdiyimiz yağ növü günəbaxan yağı və ya kərə yağıdır. Kərə yağı xüsusilə çox istifadə edirik. Buna görə də bizim istehlakımız kərə yağında yüksək olur. Dünya ölkələrində süd məhsulları ya ailə təsərrüfatları hesabına, ya da sənaye üsulu ilə istehsal olunur.

Azərbaycanda da, təəssüflər olsun ki, bu məsələlərdə hər ikisində problem var. Buna görə bir sıra təhlillərin aparılması lazımdır”.

A.İbrahimli qeyd edib ki, sənaye üsulu ilə istehsal ümumilikdə maksimum 20 faiz təşkil edir:

“Bu da çox azdır. Bilirsiniz ki, biz özümüz hər zaman ölkədə istehsal etdiyimiz ilə yanaşı balansı yaratmaq üçün xarici ölkələrdən ixrac edirdik. Bu tip məhsulları idxal etdiyimiz ölkələr Belarus, Rusiya və Ukrayna idi ki, son adı çəkiləın iki dövlət arasında müharibə gedir. Bu, ölkəmizdə də qiymətlər təsirini göstərir. Ukraynadan idxal edilməsində müəyyən problemlər var.

Rusiya da müharibə edən ölkədir. Resursların bir çoxunu müharibəyə cəlb edib. İqtisadiyyat təbii ki, bundan təsirlənir.

Düşünürəm ki, vəziyyətin yaxşılaşdırılması üçün istehsal müəssisələrinin sayı artırılmalıdır, heyvandarlıq inkişaf etdirilməlidir, süd emalı müəssisələrinin sayı çoxaldılmalıdır. Biz Azərbaycanda daha ucuz qiymətə bu məhsulları əldə edə bilərik”.

“Ümumiyyətlə, idxaldan asılılıq kəskin asılılıq ilbəil artır. Bu, bizim ümumi qida təhlükəsizliyimizə konkret olaraq təhdiddir. Bununla bağlı tədbirlər görülməlidir.

Regionlarda, xüsusi ilə hökumət tərəfindən təyin edilən bu sahəyə cavabdeh şəxslər bununla bağlı birbaşa göstəriş almalıdırlar. Onların fəaliyyətinə nəzarət. edilməlidir. Düşünürəm bizim potensialımız var ki, idxalçı ölkədən ixracatçı ölkəyə çevrilək”, – A.İbrahimli əlavə edib.

 

 

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər