İsmayıllıda yerləşən faydalı qazıntı yatağının hərracı üzrə nəticələr açıqlanıb. Bu haqda ShimalNews 16 iyun tarixində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) istinadən xəbər verir.
Müsabiqə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birgə həyata keçirilib. Rayon ərazisində yerləşən “Bilistan” və “Maçaxi” qum-çınqıl yataqlarının müvafiq olaraq, 7 və 3 hektar sahəsi istifadəyə verilib.