top
İş yerlərinin 80 faizi Bakıda açılır - Səbəb nədir?
08 mart 2025, 15:14
- +

İş yerlərinin 80 faizi Bakıda açılır - Səbəb nədir?

Rəsmi statistikaya görə, Azərbaycanın əhalisinin 75%-dən çoxu Bakıdan kənarda yaşayır. Lakin iş yerlərinin 70-80%-i paytaxtda açılır.

Əhalinin çoxu əyalətlərdə yaşadığı halda iş yerlərinin əksəriyyətinin paytaxtda açılması narahatçılıq yaradır. Bəs bu disbalansın səbəbləri nədir?

Mövzu ilə bağlı Sfera.аz-a açıqlama verən iqtisadçı ekspert Akif Nəsirli rəsmi məlumatların pasport qeydiyyatına əsaslandığını bildirib.

Ekspert söylədi ki, paytaxtda yaşayanların əksəriyyəti bölgələrdə qeydiyyatda olduğundan, reallıqda Azərbaycanın 25% deyil, daha çox əhalisi Bakıda məskunlaşıb.

“Bakıda ətrafımızdakı insanlarla sorğu aparsaq, görərik ki, onların böyük əksəriyyətinin qeydiyyatı rayonlardadır”, - - deyən A.Nəsirli qeyd etdi ki, rayon qeydiyyatında olanlar iş üçün Bakıda yaşayır. Buna görə də o, rəsmi statistikanın reallığı əks etdirmədiyini vurğuladı:

“Əhalinin 75 faizinin əyalətlərdə yaşamasına dair məlumat reallığı əks etdirmir. Azərbaycan əhalisinin bəlkə də yarısı, hətta daha çox hissəsi Bakı şəhərində yaşayır”.

Bu baxımdan A.Nəsirli iş yerlərinin çox hissəsinin paytaxtda açılmasının başa düşüldüyünü söylədi. Onun fikrincə, bununla bərabər başqa səbəblər də daha çox iş yerinin paytaxtda açılmasına əsas yaradır:

“Bakı şəhəri, onun ətraf əraziləri və Sumqayıt, Abşeron rayonu əsasən neft sənayesi üzərində inkişaf edib. Ölkənin ixracının 90 faizi, dövlət büdcəsinin 90 faizi məhz bu ərazilərdə formalaşır. Ona görə də burada çoxlu iş yerləri var və bu sahələrin inkişafı səbəbindən bölgələrlə müqayisədə Bakıya axın təbiidir. Paytaxtın iqtisadi üstünlükləri arasında liman və hava nəqliyyatı infrastrukturunun mövcudluğu da mühüm rol oynayır. Bakı Xəzər dənizinin sahilində yerləşir, yük limanı Ələt qəsəbəsində, sərnişin limanı isə şəhərin özündədir. Üstəlik, ölkənin ən işlək hava limanı da məhz Bakıda yerləşir. Beynəlxalq uçuşların əksəriyyəti buradan həyata keçirilir. Bütün bunlar Abşeron yarımadasında iş yerlərinin daha çox olmasına və əhalinin buraya axın etməsinə səbəb olur”.

İqtisadçı hesab edir ki, iqtisadiyyatı ölkə üzrə balanslaşdırmaq üçün neft gəlirlərindən istifadə olunmalı və bölgələrdə sənaye müəssisələri yaradılmalıdır:

“Bölgələrdə emal müəssisələri yardılmalıdır. Bunu ya sahibkarları stimullaşdırmaqla, ya da dövlət vəsaiti hesabına etmək lazımdır. Məsələn, Azərbaycana ən çox idxal olunan məhsullardan biri bitki yağıdır. Qarğıdalı, soya, günəbaxan plantasiyaları yaradılmalı və həmin məhsulların emalı üçün bölgələrdə zavodlar tikilməlidir. Bu, həm daxili tələbatı ödəyər, həm də bölgələrdə iş yerləri açar”.

A.Nəsirlinin fikrincə, bölgələrdə infrastrukturun gücləndirilməsi də vacibdir:

“Azərbaycan hökuməti yollar, işıq, qaz, internet təminatı sahəsində müəyyən addımlar atıb. Lakin sənaye müəssisələrinin bölgələrə yönləndirilməsi istiqamətində siyasət hələ də qeyri-mütənasib və zəifdir. Məsələn, almanlar Qaradağda ikinci sement zavodu tikdilər. Halbuki hökumət bu zavodun bölgələrdən birində tikilməsini təklif etməli idi. Eyni vəziyyət meyvə şirəsi istehsal edən zavodlar üçün də keçərlidir. Bu kimi müəssisələr bölgələrə yönləndirilməliydi. Sahibkarlar hökumətdən yer istəyəndə, torpaqlar paytaxt ətrafında yox, regionlarda verilməli idi”.

Ekspert hesab edir ki, bu disbalans aradan qaldırılarsa, Bakı şəhərində əhali sayı da tənzimlənər və ölkənin iqtisadi inkişafı daha balanslı olar.

 

 

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:55

Qubada yola yamaq vurdular, amma dağılan hissə təmirsiz qaldı

Cəmiyyət
Dünən, 16:44

"Şəki Yaylası" faciəsində yeni detal: Qoruyucu ilə bağlı suallar yaranıb

Cəmiyyət
Dünən, 16:00

Xaçmaz və Qubanın bir sıra kəndlərində qaz olmayacaq

Kriminal
Dünən, 15:00

Şabranda vandalizm hadisələri baş verir, qədim qəbirlər qazılır

Cəmiyyət
Dünən, 14:05

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirici görüşlər keçirilib

İqtisadiyyat
Dünən, 13:10

Şimalın 5 rayonunda neft qaz axtarışı aparılacaq

İqtisadiyyat
Dünən, 12:10

Prezident Administrasiyasının əməkdaşı Xudatda baxış keçirib

Cəmiyyət
Dünən, 11:28

Xaçmazda bu yolda 8 kilometr məsafəni qət etmək 40 dəqiqə çəkir

Cəmiyyət
Dünən, 10:42

Zaqatalada şəhid ailəsi ziyarət edilib, sakinlərin müraciətləri dinlənilib

Cəmiyyət
Dünən, 10:00

Şimallı igid şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 09:30

Qubada iki avtomobil toqquşdu – FOTO

Cəmiyyət
13 sentyabr 2026, 10:19

Qaxın dağlar qoynunda gizlənən qədim kəndi – Sarıbaş

İdman
12 sentyabr 2026, 18:02

Xaçmazda kənd stadionu yenilənərək istifadəyə verildi

Cəmiyyət
12 sentyabr 2026, 17:20

Qubada II LCOY Azərbaycan 2026: Milli Gənclər Bəyanatı hazırlanır

Cəmiyyət
12 sentyabr 2026, 16:10

Qubada işıqfor sonrası tıxac: Sürücülər problemin həllini belə görür

Cəmiyyət
12 sentyabr 2026, 15:52

Xudatda yeni istiqamət lövhələri quraşdırılır

Cəmiyyət
12 sentyabr 2026, 15:35

Qubadan olan Milix Yevdayevə yüksək dövlət ordeni təqdim edildi

Cəmiyyət
12 sentyabr 2026, 14:44

Zaqatala xəstəxanasında yanğın təlimi keçirildi

İqtisadiyyat
12 sentyabr 2026, 13:54

Zaqataladakı heyvan bazarlarının fəaliyyətinə icazə verildi

İdman
12 sentyabr 2026, 12:53

"Qəbələ" Gəncədə, "Şamaxı" Sumqayıtda – Premyer Liqada 5-ci tur

Cəmiyyət
12 sentyabr 2026, 11:52

Qubada dağ yəhudiləri 5787-ci ili qarşılayırlar – Roş ha-Şana qeyd olunur

İdman
12 sentyabr 2026, 11:12

"Zaqatala"dan qonaqlara 3 cavabsız qol – VİDEO

Cəmiyyət
12 sentyabr 2026, 10:24

İsmayıllıdan olan şəhid leytenant Elnur Səmədovun döyüş yolu

Cəmiyyət
12 sentyabr 2026, 09:18

Qusarda dövlət bayraqlarına 12 min manatdan çox pul xərclənəcək

Oxşar xəbərlər