"Hənifə-Tütün" ASC iyunun 14-də, saat 10:00-da səhmdarlarının illik ümumi yığıncağını keçirəcək.
Yığıncaq Balakən rayonunun Hənifə kəndində olacaq.
Yığıncaqda Cəmiyyətin fəaliyyəti haqqında hesabat, onun könüllü ləğv edilməsi və yaxud səhmlərinin alqı-satqısı, eləcə də digər məsələlər müzakirə ediləcək.
Xatırladaq ki, "Hənifə-Tütün" 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 60 min manatdır.