top
Ətin qiymətini artıran səbəblər - Çıxış yolu nədir?
18 noyabr 2024, 13:03
- ↺ +

Ətin qiymətini artıran səbəblər - Çıxış yolu nədir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Hazırkı statistikaya görə, heyvandarlıqda artım yox dərəcəsindədir. Bu da ətlə bağlı təminatda ölkəmizin idxaldan asılı olmasına səbəb olur”

Kaspi.az-ın məlumatına görə, bu fikirləri deputat Azər Badamov bildirib.

Onun sözlərinə görə, idxaldan asılılığımızın artması və idxal prosesində rəqabətin az olması ət bazarında bahalaşmaya yol açır: “Ona görə də ətin idxalı prosesində rəqabətin yaranması və bazarda qiymət artımının qarşısının alınması üçün tədbirlərin görülməsi vacibdir. Ət rasionumuzun vacib komponentidir. Azərbaycanlı ailələr digər ölkələrin xalqlarına nisbətən əti daha çox istifadə edirlər. Hamının ətə əlçatanlığını təmin etmək üçün həm daxili istehsal artmalıdır, həm də idxal prosesində rəqabət mühiti formalaşdırılmalıdır”.

İqtisadçı Eyyub Hüseynov isə deyib ki, ötən ilə nisbətən Azərbaycanda həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların sayında azalma var. Bu da müxtəlif səbəblərlə bağlıdır: “Həm ölkədə əhali artımı, həm də ət istehlakında artım müşahidə olunur. Digər tərəfdən, ölkəmizdə örüş yerlərinin azalması da heyvandarlığın rentabelliyini aşağı salır, yemin xaricdən gətirilməsi maya dəyərinə təsir edir. Bu yerli istehsala ciddi şəkildə təsir edir. Lakin hesab edirəm ki, növbəti illərdə işğaldan azad olan bölgələrdə heyvandarlığı inkişaf etdirmək imkanımız var. Növbəti illərdə ət istehsalında artım imkanları yaranacaq, iş yerləri açılacaq ki, bu da ətin qiymətinin artmasının qarşısını alacaq”.

Ekspert qeyd edib ki, qiymət artımının qarşısını almaq üçün yerli istehsal genişləndirilməlidir: “Bu baxımdan bizim yeganə çıxış yolumuz ölkədə heyvandarlığın inkişafı üçün münbit şəraitin yaradılması, yerli yem istehsalının artırılmasıdır. Ölkədə fərdi təsərrüfatlarda da heyvanların saxlanılması artıq çətinliklər yaradır. Bu baxımdan yerlərdə ev təsərrüfatlarının da inkişafına dövlət tərəfindən müəyyən subsidiyaların ayrılması bu istiqamətdə qiymət artımının qarşısını alar və ət istehsalının artırılmasına dəstək olar”.

 

 

Son xəbərlər

Hadisə
Bu gün, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
Dünən, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
Dünən, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
Dünən, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
Dünən, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
Dünən, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
Dünən, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
Dünən, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Cəmiyyət
Dünən, 13:00

Qurumlar susdu, Qubada sakinlər yararsız yolu öz hesablarına təmir etdilər

Cəmiyyət
Dünən, 12:12

Şimalın bu rayonlarında istilik mövsümü başlayır - Siyahı

Kriminal
Dünən, 11:08

Tibbi müayinə avtobus sürücüsünü İFŞA ETDİ

Hadisə
Dünən, 10:46

Uşaqlı ailə Quba-Xaçmaz yolunda qəzaya düşüb

İqtisadiyyat
Dünən, 10:30

Şimal bölgəsində hotellərin doluluğu azalıb – RƏQƏMLƏR

Cəmiyyət
Dünən, 09:46

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Faydalı
Dünən, 09:28

25 milyon illik təbii tarixinin nadir izləri - VİDEO

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Hadisə
29 oktyabr 2026, 18:00

Siyəzəndə sosial yardım üstündə dava: Qayınata kürəkənini bellə vurdu

Cəmiyyət
29 oktyabr 2026, 17:00

Quba Regional Reklam İdarəsinə yeni rəis təyin edildi

Hadisə
29 oktyabr 2026, 16:04

Siyəzəndə 11-ci sinif şagirdi motosiklet qəzasında öldü

Cəmiyyət
29 oktyabr 2026, 15:19

Şəkidə sahibsiz itlər və pişiklər zəhərlə öldürülür - İDDİA

Cəmiyyət
29 oktyabr 2026, 14:59

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlanıb

Hadisə
29 oktyabr 2026, 14:17

"Xəzər" çay evinin fəaliyyəti dayandırılıb

Cəmiyyət
29 oktyabr 2026, 13:30

Turistlərin axın etdiyi Basqalda bankomat və aptek yoxdur

Hadisə
29 oktyabr 2026, 12:55

Quba RMX-da tibbi arayış qalmaqalı: 8 nəfər işdən çıxarıldı, 4 nəfərə töhmət verildi

Oxşar xəbərlər