top
Əlilliyi olan şəxslərə DƏSTƏK
21 yanvar 2025, 15:23
- +

Əlilliyi olan şəxslərə DƏSTƏK

Azərbaycanda əlilliyi olan şəxslərin elektron ticarət qaydasında əl işlərinin satışından əldə etdiyi gəlirlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid ediləcək.

Shimal.News xəbər verir ki, bununla bağlı "Sosial sığorta haqqında" qanuna dəyişiklik edilməsi təklif olunub.

Sənəd Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Bununla əlaqəli Vergi Məcəlləsində də dəyişiklik ediləcək. Dəyişikliyə görə, əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2 % dərəcə ilə vergi tutulacaq.

Dəyişiklik barədə məlumat verən parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, əsas məqsədi əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsidir.

Onun sözlərinə görə, layihədə nəzərdə tutulan dəyişikliklər qəbul olunacağı təqdirdə əlillərin əl işlərinin satışı üçün xüsusi elektron portal yaradılacaq, əl işlərinin satışını həyata keçirən əlilliyi olan şəxslər portalda qeydiyyatdan keçəcək.

Həmçinin əl işlərinin satışından əldə olunan gəlirdən vergilər çıxıldıqdan sonra əlilliyi olan şəxs üçün açılmış bank hesabına köçürüləcək. Portalda qeydiyyatdan keçmiş əlilliyi olan şəxslər vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesablamaq, vergi hesabatları tərtib etmək və vergi orqanına təqdim etmək kimi işlərdən azad olacaq, bu işlər portal vasitəsilə elektron qaydada onların əvəzinə həyata keçiriləcək.

Dəyişiklik layihəsi ilə əl işlərinin satışını həyata keçirən əlilliyi olan şəxslər üçün yeni vergilər müəyyən olunmur.

Vergi Məcəlləsində mövcud vergi rejimləri bu kateqoriyadan olan şəxslərin vergi orqanlarında qeydiyyatdan alınması şərti ilə tətbiq olunacaq.

 

Son xəbərlər

Hadisə
Dünən, 17:57

Qəbələdə qanunsuz tikinti söküldü

Cəmiyyət
Dünən, 17:00

Baytar həkim tapa bilirsiniz?

Hadisə
Dünən, 16:20

Qubalı gənc 40 gündən çoxdur itkindir

Cəmiyyət
Dünən, 15:20

Velosiped zolağı Xudata rahatlıq gətirdi, yoxsa problem?

Cəmiyyət
Dünən, 14:20

Quba və Xaçmazın bəzi kəndlərində qaz kəsiləcək

Cəmiyyət
Dünən, 14:20

Qaxlı şəhid gizirimizin doğum günüdür

Cəmiyyət
Dünən, 13:23

Zaqatalanın kəndləri 10 gündən çoxdur susuz qalıb

Cəmiyyət
Dünən, 12:40

Xaçmazda yol və elektrik problemi sakinləri bezdirib

Hadisə
Dünən, 11:43

İsmayıllıda iki maşın toqquşdu: Ölən var

Cəmiyyət
Dünən, 10:58

Azərbaycanda nikah və boşanmaların sayı açıqlanıb

Cəmiyyət
Dünən, 10:00

Azərbaycan əhalisinin sayı açıqlanıb

Cəmiyyət
Dünən, 09:10

İsmayıllının bu kəndi qazsız, susuz, internetsiz yaşayır

Cəmiyyət
20 iyul 2026, 18:10

Qubada fotoqrafın 10 min manatlıq avadanlığı itdi: Kömək gözləyir

Cəmiyyət
20 iyul 2026, 17:40

Rəşad Nəbiyev Xaçmazda vətəndaşları qəbul edib

İqtisadiyyat
20 iyul 2026, 16:50

Xaçmazda heyvan bazarı fəaliyyətə başladı

Hadisə
20 iyul 2026, 15:50

Xaçmazda sahibsiz itin imdadına xilasedicilər yetişdi

Cəmiyyət
20 iyul 2026, 14:54

Aylar keçdi, problem qalır: Xaçmazda zibil poliqonu kəndliləri boğur

Cəmiyyət
20 iyul 2026, 13:56

Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət etdi

Hadisə
20 iyul 2026, 13:00

Qubada FACİƏ: 44 yaşlı kişi kanalda boğuldu

Hadisə
20 iyul 2026, 12:10

Qubada polis əməliyyatı: Saxlanılan var

Hadisə
20 iyul 2026, 11:10

İsmayıllıdakı ağır qəzada ölən 23 yaşlı Nihadın fotosu

Cəmiyyət
20 iyul 2026, 10:14

Rayonlara leysan yağır

Hadisə
20 iyul 2026, 09:48

İsmayıllıda qəza olub, xəsarət alan var

Cəmiyyət
19 iyul 2026, 11:04

Xaçmazda kloun işləyən aktyor: "10 manat təklif edirlər ki..."

Oxşar xəbərlər