top
“Coca-Cola”da 100-dən artıq İsmayıllı sakini çalışacaq
12 fevral 2025, 16:05
- ↺ +

“Coca-Cola”da 100-dən artıq İsmayıllı sakini çalışacaq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Coca-Cola”nın İsmayıllı zavodunda 100-dən artıq sakinin işlə təminatı planlaşdırılır.

Shimal.News xəbər verir ki, “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova CBC Azərbaycan telekanalına verdiyi müsahibəsində qeyd ​​edib ki, Coca-Cola 2025-ci ildə 30 illiyini qeyd edəcək.

Rəna Məmmədovanın sözlərinə görə, İsmayıllıda yeni zavodun tikilməsi “Coca-Cola”nın Azərbaycana olan uzunmüddətli investisiya öhdəliyini nümayiş etdirir:

“Bu zavod yalnız yeni iş yerləri yaratmaqla kifayətlənmir, həm də yerli istehsalın artırılmasına imkan verəcək. Yeni fəaliyyətə başlayacaq müəssisəyə sərmayə qoymaq qərarımız ölkədə güclü iqtisadiyyata və əlverişli investisiya mühitinə olan möhkəm inamımızı bir daha təsdiq edir. Bu onun göstəricisidir ki, ölkədə yerli və xarici sərmayəçilər üçün dayanıqlı iqtisadi mühit mövcuddur”.

Baş direktor onu da vurğulayıb ki, zavodun investisiya dəyəri 68 milyon manatdır:

“Beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verən yeni istehsal müəssisəsi 15 ha sahədə qurulur və burada 100-dən artıq sakinin işlə təmin edilməsi planlaşdırılır. İllik istehsal gücü 165 milyon litr olacaq müəssisədə şirkətin “Coca-Cola”, “Fanta”, “Sprite” kimi brendləri istehsal olunacaq. Yeni zavod, əsasən, daxili bazar ehtiyaclarını təmin etmək üçün nəzərdə tutulub. Əminəm ki, yeni müəssisənin fəaliyyətə başlaması yerli təchizatçılara daha çox biznes imkanı verəcək, dövlət büdcəsinin vergi gəlirlərini artıracaq və yerli infrastrukturun güclənməsinə təkan verəcək”.

Qeyd edək ki, şirkətin inkişaf planı çərçivəsində 2025-ci ildə “Coca-Cola”nın Azərbaycanda 2-ci istehsal müəssisəsinin açılması planlaşdırılır.

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər