top
Çobanlar yoxa çıxıb - Fermerlər NARAHATDIR
18 fevral 2025, 16:41
- ↺ +

Çobanlar "yoxa çıxıb" - Fermerlər NARAHATDIR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda çobanların sayının azaldığı müşahidə edilir.

Modern.az-ın məlumatına görə, fermerlər heyvanlarını otarmaq üçün çoban tapmaqda çətinlik çəkdiklərini bildirirlər.

Ölkəmizdə çobanların dəqiq sayı məlum deyil, çünki onlar qeydiyyata alınmır və vergi ödəmirlər. Buna görə də, rəsmi statistikada bu peşə sahibləri ilə bağlı konkret məlumat tapmaq mümkün deyil. Lakin fermerlər deyirlər ki, əvvəllər çobanlıq geniş yayılmış peşə olsa da, indi bu sahəyə maraq kəskin şəkildə azalıb.

Azərbaycanda çobanların xüsusi yeri olub. Tarixən onlar folklor, şeirlər və hekayələrdə yer alıblar. Həyat tərzləri isə xalq ədəbiyyatında öz əksini tapıb. İndi isə çobanlıq tədricən bir peşə kimi yox olmaq üzrədir.

Azərbaycanda ötən ilin əvvəlinə olan məlumata görə, 2.5 milyondan artıq iribuynuzlu mal-qara, 7 milyondan artıq qoyun və keçi var. Heyvanların sayında son illərdə azalma müşahidə edilir.

Fermerlər bildirirlər ki, çoban qıtlığı heyvandarlıq sektoruna ciddi təsir edir. Əvvəllər kənd yerlərində çobanlıqla məşğul olan çoxlu insan vardı, amma indi kənd gəncləri bu peşəyə maraq göstərmir və daha çox şəhərdə işləməyə üstünlük verirlər.

Ekspertlər çobanlığın yox olmasını bir sıra səbəblərlə əlaqələndirirlər. Birincisi, çobanların sosial təminatının olmaması və çətin həyat şəraiti bu sahəyə marağı azaldır. İkincisi, örüş və otlaq sahələrinin azalması çobanların işini daha da çətinləşdirir. Bundan başqa, əməkhaqqının qeyri-sabit olması da insanları bu işdən uzaqlaşdırır.

Artıq bir çox təsərrüfat sahibləri alternativ yollar axtarmağa başlayıblar. Bəziləri müasir texnologiyalardan istifadə edir, lakin bu hamı üçün əlçatan deyil və effektiv olmaya bilər. Fermerlər çoban qıtlığının qarşısını almaq üçün dövlətin bu sahəyə dəstək verməli olduğunu düşünürlər.

Kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli açıqlamasında deyir ki, Azərbaycanda kifayət qədər heyvandarlıqla, xüsusilə də qoyunçuluqla məşğul olan adam var:

“Bu gün çobanlıqla məşğul olan, o işi bilən və marağı olan şəxslərin olduğunu görmüşəm. Sadəcə mən düşünürəm ki, o sahədə işçinin az olmasının ilk səbəbi örüş və otlaq məsələləri, eyni zamanda çobanların orada həyat şəraiti ilə bağlı problemlərin olmasıdır. Bir insanın öz təsərrüfatını otarması və intensiv şəkildə minlərlə heyvanın saxlanması başqa bir şeydir. Belə böyük təsərrüfatlarda heyvanlar əsasən örüş ərazilərdə, yaylaq və qışlaqlarda saxlanılır”.

C.İbrahimli qeyd edib ki, çoban tapılmamasının əsas səbəbi onların yaşaması üçün uyğun şəraitin olmamasıdır:

“Orada su, işıq yoxdur, eyni zamanda ot örtüyü o qədər də yaxşı deyil. Heyvanları yarıqapalı yemləmə ehtiyacı yaranır. Bu da əməkqabiliyyətli işi artırıb, belə olan halda da insanların bu işə marağı azalır. Təbii ki, yaşadığımız dövrdə insanlar da dəyişir, daha rahat işlərə üstünlük verirlər. Həm də bu sahədə gəlirlilik o qədər də yaxşı olmadığı üçün insanlar da çoban kimi işləməyə o qədər də maraqlı olmurlar. Əslində çoban kimi çalışan insanların ənənəvi olaraq öz heyvanları da olur. Həmin heyvanlarını təsərrüfatın içərisinə qatıb saxlayırlar. Yəni həm maaş alır, həm də sahibkarın ərazisindən, ot örtüyündən istifadə edirlər. Bu mənada düşünmürəm ki, çobanlar üçün gəlir azdır, sadəcə olaraq o mühitdəki çətinliklər o sahəyə insan cəlbedilməsini çətinləşdirir".

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər