Quba-Xaçmaz və Qazax-Tovuz regionlarında 400 hektardan artıq çiyələk sahəsi salınıb. Çiyələk bağlarında orta məhsuldarlıq hektardan təqribən 10 ton təşkil edir.
Shimal.News məlumat verir ki, dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çərçivəsində çiyələk əkinlərinin sığortalanmasına başlanılıb. Azərbaycanda Aqrar Sığorta Fondu əkinləri 50 % güzəştli şərtlərlə sığorta edir.
Çiyələyin əkini və yetişdiyi dövr ilin mürəkkəb iqlim şəraitinə təsadüf edir. Yaz ayları çoxsaylı təbiət hadisələri ilə zəngindir. Təminat verilən risklər barədə ətraflı məlumatla Fondun rəsmi səhifəsindən tanış olmaq olar.