Daşınmaz əmlaka yatırım etmək istəyənlər artıq Bakıya yox, daha çox turizm bölgələrinə üz tuturlar.
Xezerxeber.az-ın məlumatına görə, turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov da bu fikri təsdiqləyir. O deyir ki, bölgələrdə son zamanlar həyət evi, villa tikənlərin və alanların sayı artıb. Həmin tikililər daha çox bölgələrə səfər edən yerli və xarici turistlərə kirayə verilir.
Ekspert deyir ki, bu hal həm bölgələrə səfər edən turistlərə alternativ qalma yerləri yaradır, həm də orada yaşayan sakinlərə əlavə gəlir gətirir.
Vətəndaşlar və sahibkarlar daha çox İsmayıllı, Qəbələ, Quba, Qusar, Şamaxı və Göygöl rayonlarında daşınmaz əmlak almağa və ya tikdirməyə-inşa etdirməyə maraq göstərirlər.