Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.
Shimal.News xəbər verir ki, aprelin 30-da ayrı-ayrı vətəndaşların bank kartlarından müxtəlif kiber üsullarla 13 min 665, 5000, 3000, 2498, 1800, 1440, 1000, 999, 500, 350, 224, 98, 72, 70 manat pul vəsaitləri oğurlanıb.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edilir. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var.