top
Bayram gəlir, qiymətlər artır – turistlərin ən çox üz tutduğu rayonlar
07 mart 2026, 09:23
- ↺ +

Bayram gəlir, qiymətlər artır – turistlərin ən çox üz tutduğu rayonlar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ramazan və Novruz bayramları ilə əlaqədar ölkədə bir neçə gün qeyri-iş günü olacaq. Bu müddətdə həm yerli sakinlər, həm də Azərbaycana gələn əcnəbi turistlər istirahət üçün bölgələrə üz tuturlar.

Milli.az-ın məlumatına görə, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, bu səbəbdən regionlarda gündəlik kirayə verilən evlərin, hotellərin və koteclərin qiymətlərində artım müşahidə olunur.

Onun sözlərinə görə, qiymət artımı əsasən bölgələrə turist axınının çoxalması ilə bağlıdır.

"Xüsusilə quru sərhədlərin bağlı qalması ölkə daxilində səyahət edənlərin sayını artırır və nəticədə regionlarda yerləşdirmə xidmətlərinə tələbat yüksəlir. Son illərdə bölgələrdə turizmin inkişafı da bu prosesə əlavə təkan verir. Bayram və istirahət günlərində qiymətlər orta hesabla 25–75 faiz aralığında artır. Qiymətlər kirayə evlərin, hotellərin və koteclərin komfort səviyyəsindən, eləcə də yerləşdiyi ərazidən asılı olaraq dəyişir".

V.Oruc qeyd edib ki, vətəndaşlar istirahət üçün daha çox İsmayıllı, Qəbələ, Şəki, Quba, Qusar, Xaçmaz, Zaqatala və Balakən rayonlarına, həmçinin işğaldan azad edilmiş ərazilərə və cənub bölgəsinə üstünlük verirlər.

Onun sözlərinə görə, son 5 ilin dinamikası qiymətlərin nəzərəçarpacaq dərəcədə artdığını göstərir.

"Gündəlik kirayə verilən evlərin qiyməti təxminən 2,5 dəfə, bəzi ərazilərdə isə 3–3,5 dəfə artıb. Hotellərdə isə qiymətlər orta hesabla 1–1,5 dəfə yüksəlib. Turistlərin ən çox üz tutduğu rayonlardan biri Qəbələdir. Adi günlərdə burada gündəlik kirayə evlərin qiyməti 50–150 manat olduğu halda, bayram günlərində 150–300 manat aralığında təklif olunur. Bəzi villalarda qiymət 300 manatdan da yüksək olur".

O əlavə edib ki, Qubada qiymətlər Qəbələ ilə müqayisədə təxminən 30 faiz daha ucuzdur. Adi günlərdə burada kirayə evlərin qiyməti 50–100 manat, bayram günlərində isə 80–200 manat civarında dəyişir.

Qusar və Xaçmaz rayonlarında adi günlərdə qiymətlər 70–100 manat, bayram günlərində isə 100–200 manat aralığında olur.

Şəki–Zaqatala bölgəsində isə qiymətlər nisbətən daha münasibdir. Bu ərazilərdə adi günlərdə gündəlik kirayə evlərin qiyməti 50–100 manat, bayram günlərində isə 70–150 manat arasında dəyişir.

Ekspert bildirib ki, işğaldan azad edilmiş ərazilərdə turizm bazarı yeni formalaşdığı üçün burada qiymətlər Şahdağ Turizm Mərkəzi və Qəbələ kimi populyar turizm istiqamətləri ilə müqayisə edilir. Bu da həmin bölgələrdə turizm infrastrukturu inkişaf etdikcə qiymətlərin formalaşma prosesinin davam etdiyini göstərir.



Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər