top
Balakəndə yeni intensiv bağlar salınacaq
02 iyul 2026, 15:41
- ↺ +

Balakəndə yeni intensiv bağlar salınacaq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hazırda Balakən rayonunda 13500 hektar meyvə bağı var və bunun 310 hektarını intensiv bağlar təşkil edir. Ötən il rayonda 40 min ton meyvə istehsal olunub, builki hədəf isə 50 min tondur. Balakən meyvələrinə xarici bazarlarda tələbat böyük olduğundan, sahələrdən yığılan məhsulun müəyyən hissəsi ixraca yönləndirilir.

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda əsas istiqamətlərdən biri də yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsidir. Bu hədəfə çatmaq üçün Balakən fermerləri də səylə çalışırlar. Builki məhsulu yerli bazarlarla yanaşı, xarici ölkələrə də ixrac edən fermerlər növbəti illərdə yeni intensiv bağların salınmasını və məhsuldarlığın artırılmasını planlaşdırırlar.

Hazırda rayonun intensiv bağlarında meyvə yığımı prosesi həyata keçirilir. Belə təsərrüfatlardan biri Qabaqçıl qəsəbəsinin Qanıx çayı vadisində yerləşir. Fermer Məhəmməd Omarov altı il əvvəl intensiv bağların salınması istiqamətində işlərə başlayıb. İlk il fəaliyyətə 5 hektarla başlayan fermer növbəti iki ildə bağ təsərrüfatının sahəsini 36 hektara çatdırıb. İndi Məhəmməd Omarovun təsərrüfatında yeddi növ meyvə yetişdirilir və gün ərzində 150-200 nəfər işlə təmin olunur. Fermerlə elə təsərrüfatında, iş başında görüşürük.

Məhəmməd Omarov dövlət başçısının kənd təsərrüfatının inkişafına dair imzaladığı Dövlət Proqramı ilə yaxından tanış olduğunu və növbəti iki il ərzində daha müasir intensiv bağların salınmasına başlayacaqlarını deyir: "Məhsullarımıza tələbat böyükdür. Ona görə də qarşıdakı payız aylarından başlayaraq 15 hektar sahədə daha müasir və bütün texniki tələblərə cavab verən bağların salınmasına başlayacağıq".

Mənbə: Azərtac

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:57

Şimalda fermerlər üçün maarifləndirici tədbirlər keçirilib

İdman
Bu gün, 17:46

AFFA İntizam Komitəsindən "Şahdağ Qusar" və "Şimal"la bağlı qərar

Hadisə
Bu gün, 17:38

Qubada kişi qonşu qadını wi-fi parola görə döydü

Kriminal
Bu gün, 17:28

Azərbaycanda kütləvi kiberdələduzluq cəhdləri: Süni intellektlə insanların səsini təqlid edirlər

Cəmiyyət
Bu gün, 17:00

Zərdabidə bu yol asfaltlandı

Cəmiyyət
Bu gün, 16:19

Generalın şabalıd alveri ilə bağlı işdə kapitana 10 il 6 ay həbs verildi

Hadisə
Bu gün, 15:46

Qaxda məktəbdə bədbəxt hadisə: 9-cu sinif şagirdi yaralandı

Kriminal
Bu gün, 15:13

Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs cəzası alıb

Bütün xəbərlər
Bu gün, 14:30

Şəki Dövlət Dram Teatrı tamaşa hazırlayır

İdman
Bu gün, 14:00

Quba karateçiləri turnirdə 23 medal qazanıblar

Cəmiyyət
Bu gün, 13:38

Şəki Xan sarayını 9 ayda 178 minə yaxın şəxs ziyarət edib

Hadisə
Bu gün, 13:21

Xudatda sərhədi pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanıldı

Cəmiyyət
Bu gün, 12:36

Şabranda sel nəticəsində sıradan çıxmış yol və körpülər bərpa olunub

Cəmiyyət
Bu gün, 12:15

Qəbələdə bir neçə küçə qazsız qalıb

Hadisə
Bu gün, 11:53

Şamaxıda mədəniyyət idarəsinin rəisi vəfat edib

Cəmiyyət
Bu gün, 11:30

İş axtaranların diqqətinə: Qusarda 40-dan çox vakansiya

Cəmiyyət
Bu gün, 10:42

Şimal rayonlarında məktəblər qışa hazırdırmı?

Cəmiyyət
Bu gün, 10:16

"Shimal.News" yazdı, ərazi təmizləndi

Faydalı
Bu gün, 09:22

Şimalın 11 rayonunda könüllülər axtarılır – Müraciət üçün son gün

Cəmiyyət
Bu gün, 09:07

Qubada liseyin qarşısından keçən elektrik xətti təhlükə yaradır

Cəmiyyət
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Hadisə
Dünən, 17:55

UNEC-in Zaqatala filialının müəllimi vəfat edib

Cəmiyyət
Dünən, 17:42

Xınalıqlı çoban ailəsinin hekayəsi sənədli filmə çevrilir

Oxşar xəbərlər