top
Balakəndə baramaçılıqdan əldə edilən GƏLİR
12 iyun 2025, 16:06
- ↺ +

Balakəndə baramaçılıqdan əldə edilən GƏLİR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cəmi 1 ay bəzən bir neçə gün uzana bilən ipəkqurdunun bəslənməsi səbr və əzmkarlıq tələb etsə də, sonda gəliri sevindirir.

Bizim.Media-nın məlumatına görə, may ayının 1-ci 10 günlüyündən etibarən ölkə ərazisində ipəkqurdu toxumlarının kümçülərə paylanılmasına başlanılır.

Balakəndə ipəkqurdunun yetişdirilməsi, kümdarlıq, baramaçılıq tarixi ənənələrə söykənir. Son illər bu sahənin inkişafı ilə bağlı həyata keçirilən layihələr, maddi həvəsləndirmə tədbirləri insanlarda baramaya marağı xeyli artırıb.

İməcilik ənənəsi tarixdən gələn adətdir və nə yaxşı ki, bu gün də davam etdirilir. O, bu dəfə Katex qəsəbəsi Beretbinə kəndində Əbəkiyevlər ailəsində təşkil edilib. Ruqiyyə xanım və oğlu Ceyhun bir neçə ildir ki, ipəkqurduna baxır, ailə gəlirlərini tənzimləyirlər.

Ceyhun bildirir ki, Bakı və xaricdən ona iş təklifləri gəlsə də, razılaşmayıb. Çünki ailəsini, anasını tək qoyub getmək istəmir: “Ən yaxşı halda elə zəhmət çəkib burada da pul qazanmaq, ailəni dolandırmaq mümkündür”. Ona görə də yazın ilk gəlişindən ipəkqurdu bəsləməyə qərar verən Ceyhun bu il 80 qram toxum götürüb. Dediyinə görə 200 kq-dan artıq məhsul əldə etməyi planlayır ki, bu da 2 min manatdan artıq gəlir deməkdir.

Ailə tək bu işlə kifayətlənmir, həm də bostan-tərəvəz məhsulları da yetişdirərək bazara çıxarır.

Barama mövsümündə Katex və ətraf kəndlərdə iməciliklərin təşkili isə tamam başqa bir mənzərə və gözəllik yaradır. İnsanlar dövrə vuraraq baramanı şaxdan ayırmaqla həm birlik nümayiş etdirir, həm də maraqlı söhbətlər edir.

İməciliyə qatılan Məmləkət Dubuxova deyir ki, keçmişdə barama, qarğıdalı, tütün və başqa iməçiliklər olub və insanlar nəğmələr, bayatılar söyləyib. Barama təmizlənməsi başa çatanda isə rəqs edərək bu işi sevgiyə, məhəbbətə bağlayıblar. O, zamanlar hətta qız bəyənmələr, baxmalar da belə mərasimlərdə baş tutub.

Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Elvin Səmədovun sözlərinə görə bu il 169 kümçü ilə müqavilə bağlanılıb və 24 ton barama tədarükü nəzərdə tutulur. Baramanı yemləmək üçün yetərincə baza olduğunu deyən Elvin Səmədov bol məhsul yetişdirildiyini bildirir.

Qeyd edək ki, builki mövsümdə respublikanın 40 rayonunda barama yetişdirilir. Kümçülərə əvəzsiz olaraq 6 min qutu ipəkqurdu paylanılıb. Tut ipəkqurdu toxumları inkubasiya üçün Qax Damazlıq İpəkçilik Stansiyasında, Zərdab və Zaqatala rayonlarındakı baramaqurutma məntəqələrində, həmçinin Naxçıvan Muxtar Respublikasında inkubasiya kameralarına qoyulub.

Ötən il olduğu kimi, builki mövsümdə də istehsal olunmuş yaş barama müvafiq qurum tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə istehsal edilən hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər