Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı–Xaçmaz şəhərlərarası avtobus marşrutu üzrə müsabiqə keçirib.
Shimal.News xəbər verir ki, Bakı–Xaçmaz marşrutu üzrə daşıyıcı fiziki şəxs Əkbərova Mehriban Telman qızı seçilib.
AYNA bildirir ki, marşrut xətləri mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla mərhələli şəkildə müsabiqəyə çıxarılır.
Müsabiqələrin keçirilməsində əsas məqsəd sərnişindaşıma xidmətlərinin keyfiyyətinin, təhlükəsizliyinin və rahatlığının artırılması, eyni zamanda marşrutların daşıyıcılara təhkim edilməsində şəffaflığın və rəqabətli mühitin təmin olunmasıdır.