Dövlət Turizm Agentliyinin son il üçün hesabatında Qubada hotel qiymətləri açıqlanıb. Bu haqda ShimalNews 13 aprel tarixində məlumat verir.
Bir gecə üçün müştəri 5 ulduzlu mehmanxanaya 269 manat ödəməlidir. Müqayisə üçün bu, Naftalanda 247 manat, Bakıda 237 manat, Qəbələdə 206 manat, İsmayıllıda 155 manat, Qusarda isə 109 manat təşkil edir.