Argentinanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marianxeles Belluşi İsmayıllıda rəsmi səfərdə olub. Bu haqda ShimalNews 6 dekabr tarixində məlumat verir.
Səfərin məqsədi iki ölkə arasında iqtisadi və ticari sahələrdə ikitərəfli əməkdaşlıq və mübadilə imkanlarını təşviq etmək, həmçinin özəl kənd təsərrüfatı və sənaye istehsalat müəssisələrinə baxış keçirmək olub.