top
5 aqroturizm təsərrüfatına dəstək göstərilib
21 yanvar 2025, 16:05
- +

5 aqroturizm təsərrüfatına dəstək göstərilib

2024-cü ildə Azərbaycanda “Şəhərdən Kəndə” layihəsi çərçivəsində 203 fermerə təlim keçirilib, 5 aqroturizm təsərrüfatına dəstək göstərilib.

Shimal.News bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, aqroturizmi inkişaf etdirməyə, təsərrüfat sahibləri üçün əlavə gəlir imkanları yaratmağa xidmət edən layihə çərçivəsində Masallı, Kürdəmir, Lerik, Lənkəran, Quba, Şəmkir və Qusar rayonlarında ümumilikdə 12 təsərrüfat qiymətləndirilib. İsmayıllıda və Masallıda 2 təsərrüfatda abadlaşdırma yekunlaşdırılıb, Şabran, Quba və Astarada 3 təsərrüfata dəstək göstərilib. Dəstək göstərilən təsərrüfatlar üzrə turistlər üçün 8 aqrotur yaradılıb, aqroturların satış şəbəkəsinin genişləndirilməsi məqsədi ilə 19 turizm şirkətinin nümayəndələri üçün infotur təşkil edilib, 91 şirkətin nümayəndələri üçün isə təqdimat keçirilib.

İl ərzində təsərrüfat sahiblərinin “Şəhərdən Kəndə” layihəsi barədə məlumatlılığını artırmaq məqsədilə Lerik, Biləsuvar, Gədəbəy, Tovuz, Daşkəsən rayonlarında 107 fermerə təqdimat keçirilib. Bundan əlavə daha 203 təsərrüfat sahibi aqroturizmin əsasları, qida məhsullarının etiketlənməsi və markalanması ilə bağlı təlimlərə cəlb olunublar.

Dəstək göstərilən aqroturizm təsərrüfatlarının tanıdılması məqsədilə fermerlərə media və marketinq dəstəkləri göstərilib, təsərrüfat sahələrində çəkilişlər aparılıb, mediatur və müsabiqələr təşkil edilib.

2025-ci ilə qədər layihə çərçivəsində 342 təsərrüfatdan 391 fermerə aqroturizmlə bağlı müxtəlif mövzularda təlimlər keçirilib. Təsərrüfat sahəsinin inkişaf etdirilməsi və turistlər üçün xidmət səviyyəsinin artırılması məqsədilə 26 təsərrüfatda təmir-abadlaşdırma işləri aparılıb, təsərrüfatlar müxtəlif avadanlıqlarla təmin olunub, onların fəaliyyətinə marketinq dəstəyi verilib.

“Aqrar Tədarük və Təchizat” ASC-nin “Şəhərdən Kəndə” layihəsi “PAŞA Holdinq” MMC-nin dəstəyi ilə həyata keçirilir. Layihədə iştirak üçün əsas meyar olaraq aqrar sahənin mövcudluğu, əraziyə qədər yolun rahatlığı, turistlər üçün istirahət imkanlarının müxtəlifliyi və təsərrüfat sahibinin turistlərlə rəftar baxımından malik olduğu şəxsi keyfiyyətlər nəzərə alınır.

 

Son xəbərlər

Hadisə
Dünən, 17:57

Qəbələdə qanunsuz tikinti söküldü

Cəmiyyət
Dünən, 17:00

Baytar həkim tapa bilirsiniz?

Hadisə
Dünən, 16:20

Qubalı gənc 40 gündən çoxdur itkindir

Cəmiyyət
Dünən, 15:20

Velosiped zolağı Xudata rahatlıq gətirdi, yoxsa problem?

Cəmiyyət
Dünən, 14:20

Quba və Xaçmazın bəzi kəndlərində qaz kəsiləcək

Cəmiyyət
Dünən, 14:20

Qaxlı şəhid gizirimizin doğum günüdür

Cəmiyyət
Dünən, 13:23

Zaqatalanın kəndləri 10 gündən çoxdur susuz qalıb

Cəmiyyət
Dünən, 12:40

Xaçmazda yol və elektrik problemi sakinləri bezdirib

Hadisə
Dünən, 11:43

İsmayıllıda iki maşın toqquşdu: Ölən var

Cəmiyyət
Dünən, 10:58

Azərbaycanda nikah və boşanmaların sayı açıqlanıb

Cəmiyyət
Dünən, 10:00

Azərbaycan əhalisinin sayı açıqlanıb

Cəmiyyət
Dünən, 09:10

İsmayıllının bu kəndi qazsız, susuz, internetsiz yaşayır

Cəmiyyət
20 iyul 2026, 18:10

Qubada fotoqrafın 10 min manatlıq avadanlığı itdi: Kömək gözləyir

Cəmiyyət
20 iyul 2026, 17:40

Rəşad Nəbiyev Xaçmazda vətəndaşları qəbul edib

İqtisadiyyat
20 iyul 2026, 16:50

Xaçmazda heyvan bazarı fəaliyyətə başladı

Hadisə
20 iyul 2026, 15:50

Xaçmazda sahibsiz itin imdadına xilasedicilər yetişdi

Cəmiyyət
20 iyul 2026, 14:54

Aylar keçdi, problem qalır: Xaçmazda zibil poliqonu kəndliləri boğur

Cəmiyyət
20 iyul 2026, 13:56

Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət etdi

Hadisə
20 iyul 2026, 13:00

Qubada FACİƏ: 44 yaşlı kişi kanalda boğuldu

Hadisə
20 iyul 2026, 12:10

Qubada polis əməliyyatı: Saxlanılan var

Hadisə
20 iyul 2026, 11:10

İsmayıllıdakı ağır qəzada ölən 23 yaşlı Nihadın fotosu

Cəmiyyət
20 iyul 2026, 10:14

Rayonlara leysan yağır

Hadisə
20 iyul 2026, 09:48

İsmayıllıda qəza olub, xəsarət alan var

Cəmiyyət
19 iyul 2026, 11:04

Xaçmazda kloun işləyən aktyor: "10 manat təklif edirlər ki..."

Faydalı
18 iyul 2026, 17:48

Quba körpülərinin sirli tarixi

İdman
18 iyul 2026, 17:44

Xəyal Tomarov "Şahdağ Qusar"da

Cəmiyyət
18 iyul 2026, 17:00

Şimalın 6 rayonuna sarı xəbərdarlıq edildi

Bütün xəbərlər
18 iyul 2026, 15:45

Düyü idxalı azalıb - Şəki-Zaqatalanın rolu

Oxşar xəbərlər