top
1500 tibb işçisi maaş gözləyir: Quba RMX-də nə baş verir?
10 mart 2026, 17:45
- ↺ +

1500 tibb işçisi maaş gözləyir: Quba RMX-də nə baş verir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba Rayon Mərkəzi Xəstəxanasında əməkhaqlarının gecikməsi ilə bağlı narazılıq yenidən gündəmə gəlib. Xəstəxananın əməkdaşları bildirirlər ki, mart ayının 10-u olmasına baxmayaraq, təxminən 1500-ə yaxın işçi hələ də fevral ayının maaşını ala bilməyib.

Shimal.News-a daxil olan məlumata görə, ötən ilin noyabr ayında müəsissənin baş mühasibi Elşən Babayev vəzifəsindən azad edilib. Onun külli miqdarda vəsaiti mənimsəməkdə şübhəli bilindiyi iddia olunur. Gecikmələrin də həmin dövrdən başladığı bildirilir.

Əmək müqaviləsinə əsasən maaşlar ən geci hər ayın 10-dək ödənilməlidir. Lakin gecikmələr bitmir. İşçilər bildirirlər ki, digər müəssisələrdə Novruz bayramı və Ramazan ayı ilə əlaqədar maaşların daha tez ödənilməsinə çalışıldığı halda, Quba RMX-də vəziyyət əksinədir.

"Bayram qabağı insanlar evinə bazarlıq edib. Biz isə hələ fevralın maaşını ala bilməmişik", – deyə əməkdaşlar narazılıqlarını bildiriblər.

İşçilər iddia edirlər ki, mövcud heyət maaş hesablamalarını vaxtında həyata keçirə bilmir. Baş mühasib vəzifədən ayrılıb və hazırda bu posta yeni namizədin təsdiqlənməsi gözlənilir. Buna baxmayaraq, müəssisədə baş mühasibdən əlavə daha altı mühasibin çalışdığı qeyd olunur.

"Rəhbərlikdən dəqiq izah verilmir. Hərə bir söz deyir, "bu yaxınlarda olacaq" deyirlər, amma konkret vaxt deyən yoxdur. İnsanların kredit borcları var, ödəyə bilmirik", – deyə məlumatda bildirib.

Xatırladaq ki, bundan əvvəl də xəstəxanada maaşların gecikməsi ilə bağlı narazılıqlar yaşanmışdı. Hazırkı vəziyyət isə xəstəxanada çalışan yüzlərlə əməkdaşın sosial durumuna ciddi təsir göstərir. 

Ümid edirik müvafiq qurum müdaxilə edəcək və problem qısa zamanda həll olunacaq.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 09:44

Şamaxıda vəfat edən rəis Gəncədə dəfn edildi

Cəmiyyət
Bu gün, 09:09

Qubada kəndlilər ev kirayəsini gəlir mənbəyinə çevirirlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 26-cı günü: XRONİKA

Cəmiyyət
Dünən, 18:00

Qusarlı şirniyyat ustası medalla təltif olundu

İdman
Dünən, 17:30

"Şahdağ Qusar" "Səbail"ə qalib gəlib

Hadisə
Dünən, 16:44

Şəkili sabiq deputat vəfat edib

Hadisə
Dünən, 15:57

Qubada 30 yaşlı kişinin meyiti tapılıb - FOTO - YENİLƏNİB

Cəmiyyət
Dünən, 15:08

Zaqatala dağlarında tək yaşayan 90 yaşlı nənə - VİDEO

Hadisə
Dünən, 14:20

Qubada qanunsuz qum-çınqıl karxanalarının fəaliyyəti dayandırıldı

İqtisadiyyat
Dünən, 13:00

Qanunsuz verilən 2040 hektar örüş sahələri kəndliyə geri qaytarılıb

Cəmiyyət
Dünən, 12:11

Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırılıb

Cəmiyyət
Dünən, 12:01

Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edəcək

Cəmiyyət
Dünən, 11:58

"Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru" kitabı çapdan çıxıb

Cəmiyyət
Dünən, 10:43

Xaçmazın bu kəndi dayanacaqsız qalıb

Hadisə
Dünən, 09:46

Qubada zəncirvari qəza: "Sürücü sərxoş olub"

Hadisə
Dünən, 09:37

Qaxda məktəbli qıza qarşı cinsi zorakılıq: 2 nəfər həbs edildi

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 25-ci günü: XRONİKA

İqtisadiyyat
20 oktyabr 2026, 17:57

Şimalda fermerlər üçün maarifləndirici tədbirlər keçirilib

İdman
20 oktyabr 2026, 17:46

AFFA İntizam Komitəsindən "Şahdağ Qusar" və "Şimal"la bağlı qərar

Hadisə
20 oktyabr 2026, 17:38

Qubada kişi qonşu qadını wi-fi parola görə döydü

Kriminal
20 oktyabr 2026, 17:28

Azərbaycanda kütləvi kiberdələduzluq cəhdləri: Süni intellektlə insanların səsini təqlid edirlər

Cəmiyyət
20 oktyabr 2026, 17:00

Zərdabidə bu yol asfaltlandı

Cəmiyyət
20 oktyabr 2026, 16:19

Generalın şabalıd alveri ilə bağlı işdə kapitana 10 il 6 ay həbs verildi

Hadisə
20 oktyabr 2026, 15:46

Qaxda məktəbdə bədbəxt hadisə: 9-cu sinif şagirdi yaralandı

Oxşar xəbərlər