top
Xudatdakı Futbol Akademiyasının mətbuat katibi: “Bölgədən uşaqları İspaniyaya göndərmək istəyirik” – ÖZƏL MÜSAHİBƏ
02 dekabr 2024, 17:00
- +

Xudatdakı Futbol Akademiyasının mətbuat katibi: “Bölgədən uşaqları İspaniyaya göndərmək istəyirik” – ÖZƏL MÜSAHİBƏ

Azərbaycanın müxtəlif bölgələrində uşaq futbolu son illər ərzində ölkənin idman infrastrukturu və futbol mədəniyyətinin inkişafı ilə paralel olaraq əhəmiyyətli dərəcədə irəliləyiş göstərib. Bölgələrdə uşaq futbolunun və cəmiyyətin ümumi inkişafı gənclərin sağlam həyat tərzinin təşviqi baxımından böyük əhəmiyyətə malikdir.

Uşaq futbolunun inkişafı üçün futbol akademiyaları mühüm rol oynayır. Bu akademiyalar uşaqları erkən yaşlardan peşəkar səviyyəyə hazırlayır və onları mütəmadi olaraq yarışlar və təlimlərdə iştirak etməyə təşviq edir.

Uşaq futbolunun inkişafında xüsusi rolu olanlardan biri də “Xudat City” Futbol Akademiyasının mətbuat katibi Rəşad Ağaşirinovdur. O həm də “Xudat City” Futbol Akademiyasının təsisçilərindən biridir.

Həmin Akademiyada uşaqlara peşəkar futbol öyrədirlər. Yüzlərlə uşaq bir araya gəlib peşəkar futbolun sirlərinə yiyələnirlər.

Qeyd edək ki,  Xudat CİTYFA-nın Prezidenti isə Rafael Axverdiyevdir. “Xudat City” Futbol Akademiyası may ayında dövlət qeydiyyatından keçib.

Shimal.News-un əməkdaşı “Xudat City” Futbol Akademiyasının təsisçilərindən biri Rəşad Ağaşirinov ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Şimal bölgəsində uşaq futboluna maraq necədir? Valideynlərin və uşaqların futbola münasibəti hansı səviyyədədir?

- Uşaqlar ilə yanaşı valideynlər də futbola xüsusi maraq göstərirlər. Şimal bölgəsində uşaqların futbola marağı həqiqətən də çox güclüdür. Ümid edirik ki, bu uşaqların arasında bizim dövlətimiz, millətimiz, gələcəyimiz və millimiz üçün kifayət qədər təcrübəli oyunçular çıxacaq.

Bölgədə futbol həvəskarları da çoxdur. Həvəskar və peşəkar başqa -başqa məfhumlardır. Əlbəttə ki, peşəkarlığa gedən yol istəkdən asılıdır. Şimalda bu vaxta qədər Futbol Akademiyası olmayıb. Hazırda mövcud olan Futbol Akademiyamız Xudat şəhərində yerləşir.

“Xudat City” Futbol Akademiyasının hazırda öz stadionu yoxdur. Xaçmaz rayonu köhnə Xudat kəndində stadionun bərpasına başlanılıb. Öz hesabımızsa təmir işləri gedir.

- Uşaq futbolunun inkişafı üçün bölgədə hansı imkanlar mövcuddur?

- Bu günə qədər 260-a yaxın 5 yaşından yuxarı uşaqlar futbol məşqlərinə qatılıblar. 12, 13, 14 yaş qruplarında uşaqlarımız oyunlara qatılıblar. Kifayət qədər qələbəmiz var. Bizim məqsədimiz finala vəsiqə qazanmaqdır. Eyni zamanda uşaqları futbola cəlb etməkdir.

- Uşaq futbolu üçün bölgədə nə qədər peşəkar məşqçi fəaliyyət göstərir?

- Bizim peşəkar məşqçilərimiz var. Hazırda 10-a yaxın məşqçimiz fəaliyyət göstərir. Onların hər biri uşaq futbolunun inkişafına töhfə verəcək. Hər biri uşaq futbolunda ən təcrübəli məşqçilərdir.

- Yerli futbol federasiyaları və ya təşkilatlar uşaq futbolunun inkişafına dəstək göstərirmi?

- Biz maliyyə dəstəyimiz olmadan bu işə başlamışıq. Uşaqların ödənişi sayəsində Akademiyamızı ayaqda tuta bilirik. Sponsor məsələsi həll olunandan sonra uşaqlardan ödəniş alınmayacaq. Uşaqların gəldiyi məsafəyə görə ödəniş bölünür. Geyimlərinə, toplarına və serviz xidmətilərinə xərclənir.

- Bu turnirlərdə bölgədən nə qədər komanda iştirak edir və onların nəticələri necə olur?

- Bizim ümumilikdə bölgədə 10-a yaxın müxtəlif yaş qruplarından ibrət komandamız mövcuddur.

- Uşaq futbolunda qarşılaşılan əsas çətinliklər hansılardır?

- Əsas çətinlik maliyyə problemidir. Xudat şəhərindən olan imkanlı şəxslər futbola maraq göstərmirlər.

- Sizcə, uşaq futbolunun inkişafını təmin etmək üçün hansı yeni layihələr və ya təşəbbüslər planlaşdırılır?

- Biz fəaliyyətə başlayan gündən İspaniyanın Antiguoko Futbol Akademiyası ilə əməkdaşlığımız var. Qarşıya qoyduğumuz planlar və məqsədlər hələlik 10 illikdir. Sırf onların qaydalarına uyğun məşqlər keçirilir. İstəyirik ki, bölgədəki uşaqlarımızı Bakıya sonra da İspaniyaya göndərə bilək. Hər il ən azı 2-3 uşağın İspaniyaya yollamaq şansı olsun. Müqavilələrimiz var. Ümid edirik ki, olacaq.

Nəzrin Vahid

 

Son xəbərlər

Cəmiyyət
Dünən, 20:00

Ramazan ayının 24-cü gününün imsak, iftar və namaz vaxtları

Cəmiyyət
Dünən, 18:00

"Shimal.News" yazdı, qurum hərəkətə keçdi

Cəmiyyət
Dünən, 17:30

Qubalı şəhidlərimizin doğum günüdür

Cəmiyyət
Dünən, 16:39

Sabah Şimalın havası necə olacaq?

Hadisə
Dünən, 15:40

Qubada kvadrosikl qəzasında ölən Elçinin FOTOSU

Cəmiyyət
Dünən, 14:42

Xaçmaz Novruza belə hazırlaşır

Hadisə
Dünən, 13:45

Siyəzəndə dəm qazı faciəsi: 27 yaşlı qadın öldü

Hadisə
Dünən, 12:47

Qubada xeyli silah-sursat aşkarlanıb

Cəmiyyət
Dünən, 12:00

Xaçmaz icra başçısından yeni TƏYİNATLAR

Hadisə
Dünən, 11:00

Tiktok-da cinsi azlığı təbliğ edən İsmayıllı sakini SAXLANILDI

Cəmiyyət
Dünən, 10:00

Xaçmazda 664 abonent qazsız qalacaq

Hadisə
Dünən, 09:10

Qubada əyləncə faciə ilə bitdi: 27 yaşlı gənc öldü

Cəmiyyət
12 mart 2026, 20:00

Ramazan ayının 23-cü gününün imsak, iftar və namaz vaxtları

Bütün xəbərlər
12 mart 2026, 18:00

Rəşad İsmayılov Şimalda vətəndaşları qəbul edib

Hadisə
12 mart 2026, 17:05

Qubada avtomobildə kişi meyiti tapıldı

Bütün xəbərlər
12 mart 2026, 16:30

Almaniyada yetişən şəkili istedad milliyə dəvət oluna bilər

Cəmiyyət
12 mart 2026, 16:00

Sabah Şimalın havası necə olacaq?

Bütün xəbərlər
12 mart 2026, 15:30

Bu gecə üçüncü Qədr gecəsidir

Cəmiyyət
12 mart 2026, 14:33

Quba RİH deyir problem həll olunub, görüntülər isə əksini göstərir - VİDEO

Cəmiyyət
12 mart 2026, 14:00

Şimalın örnək müəllimləri - ADLAR

Cəmiyyət
12 mart 2026, 13:00

Qəbələnin palçıqlı yolları

Hadisə
12 mart 2026, 12:06

Ağsuda meyit tapıldı

Cəmiyyət
12 mart 2026, 11:07

Bayramı Şimalda keçirmək neçəyə başa gəlir?

Cəmiyyət
12 mart 2026, 10:09

Zaqatalada su kəsildi – şəhərin 14 küçəsi susuz qaldı

Oxşar xəbərlər