Xaçmazdan olan MMA döyüşçüsü 32 yaşlı Vüqar Kərəmov yenidən "Rizin" turnirində titul döyüşünə çıxacaq.
Shimal.News xəbər verir ki, yarış dekabrın 31-də Yaponiyadakı "Saitama Super Arena"da təşkil ediləcək.
Təmsilçimizin rəqibi Brazilyadan olan "Satoşi" ləqəbli 35 yaşlı Roberto De Souza olacaq.
Bundan öncə "Rizin"dəki son görüşündə “Vugi” yaponiyalı Kazumasa Majimaya cəmi 28 saniyəyə qalib gəlib.