16 - 22 iyul 2025-ci il tarixlərində “Guba Open-2025” Beynəlxalq Şahmat Festivalı keçirilib.
Shimal.News xəbər verir ki, festivalda 10 ölkədən 266 şahmatçı iştirak edib.
Yarışda Xaçmaz yetirmələri də uğurla çıxış ediblər.
Belə ki, B qrupunda mübarizə aparan xaçmazlı şahmatçılardan Aynişan Əli qızı Kərimova qızlar arasında, Məryəm Ramil qızı Məmmədova isə 12 yaşadək qızlar arasında I yerə layiq görülüb.