Xaçmaz idmançıları paytaxtın açıq turnirindən 9 medalla qayıdırlar. Bu haqda 24 aprel tarixində ShimalNews Rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
MMA və pankration üzrə birincilik Bakı şəhər Hövsan Olimpiya İdman Kompleksində keçirilib. Xaçmazın Yalama qəsəbəsinin “Plastun” komandası yarışlarda 4 qızıl, 4 gümüş və 1 bürünc medala sahib olub.