Xaçmaz Şahmat Məktəbinin yetirməsi Məryəm Məmmədova Avropa çempionatında iştirak edəcək. Bu barədə ShimalNews 3 iyul tarixində Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Məryəm Bakıda keçirilən Landau Şahmat Festivalında iştirak edib. O, 10 yaşadək qızlar arasında qızıl medal qazanıb. Bununla da 4-15 sentyabr 2023-cü il tarixlərində Rumıniyanın Mamaya şəhərində keçiriləcək böyük yarışa vəsiqə qazanıb.