“NTD İndigo” klubunun Azərbaycan Basketbol Liqasının (ABL) 12-ci turunda rəqibi bəlli olub. Bu haqda 23 yanvar tarixində ShimalNews ABL-ə istinadən xəbər verir.
Komandamız növbəti oyunda “Gəncə” BK ilə üz-üzə gələcək. Oyun 27 yanvar saat 14:00-da Gəncə OİK-da keçiriləcək.
Hazırda “NTD-İndigo” komandası 20 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.