Xaçmazda qızlar arasında minifutbol üzrə turnir keçirilib. Bu haqda ShimalNews 3 aprel tarixində məlumat verir.
4 komanda tərkibində 30 futbolçudan ibarət yarışın sonunda Xaçmaz şəhər 7 nömrəli tam orta məktəbin komandası 1-ci yerin sahibi olub. 2-ci yerə Qaracik-Zeyid kənd tam orta məktəbin, 3-cü yerə Xaçmaz şəhər 1 nömrəli məktəbin, 4-cü yerə Arzu qəsəbə tam orta məktəbinin komandası layiq görülüb.
İlk 3 yerin sahibləri Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplom və medalları, IV yerin sahibi isə diplomla təltif edilib.