“Hypers Guba” futbol komandasının baş məşqçisi Quba Arena ilə bağlı fikirlərini bildirib. Bu barədə ShimalNews 29 iyul tarixində məlumat verir.
Vüqar Nadirov stadionun infrastrukturu və imkanları haqqında məlumat alaraq, komandanın burada göstərəcəyi performansın yüksək səviyyədə olacağına inandığını bildirib.
V.Nadirov uzun illər Azərbaycan milli komandasının heyətində yer alaraq, ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etmişdir.