Aprel ayında yeniyetmə həndbolçular arasında Azərbaycan birinciliyinin zona yarışı baş tutacaq. Bu barədə ShimalNews 10 yanvar tarixində xəbər verir.
Turnir Qubada təşkil olunacaq. İlk iki yeri tutan komandalar Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar. Paytaxtdakı həlledici mərhələnin isə iyunda keçirilməsi planlaşdırılır.