Milli Hidrometeorologiya Xidməti noyabrın 5-i axşamdan 6-sı səhərədək bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edib.
Shimal.News xəbər verir ki, xəbərdarlıq Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı və Şamaxı rayonlarını əhatə edir.
Bu ərazilərdə qərb küləyinin sürətinin saniyədə 13,9–20,7 metr olacağı gözlənilir.